Pavel Vasilieviç Rıçaqov (rus. Павел Васильевич Рычагов) - Sovet ordusunun Aviasiya general-leytenantı, 28 avqust 1940-cı ildən 14 aprel 1941-ci illər aralığında[1] Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı olmuşdur.[2] Rıçaqov Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə tutduğu vəzifədən azad edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir.[3][4]
Pavel Rıçaqov | |
---|---|
rus. Павел Васильевич Рычагов | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya imperiyası |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Kuybişev, Samara, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | rus |
Həyat yoldaşı | Mariya Nesterenko |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Ordusu |
Qoşun növü | Sovet Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1928-1941 |
Rütbəsi | General-leytenant |
Döyüşlər |
İspaniyada vətəndaş müharibəsi Qış müharibəsi İkinci Çin–Yaponiya müharibəsi |
Əlaqələri | Yakov Smuşkeviç |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rıçaqovun 1941-ci ildəki repressiya edilənlər siyahısına daxil edilməsinə İosif Stalinlə etdiyi mübahisənin səbəb olduğu ehtimal edilir. Belə ki, 1941-ci il 9 aprel tarixində İosif Stalinin yanında keçirilən müşavirədə hərbi təyyarələrin tez-tez qəzaya uğraması problemi müzakirə olunur. İştirakçılar, eləcə də Stalin əsas günahı təyyarəçilərdə görürlər. Bunu qəbul etməyən Rıçaqov çılğınca siz bizi tabutlarda uçmağa məcbur edirsiniz deyir.
Otağa dərin sükut çökür. Var-gəl edən Stalin bir müddət sonra siz belə deməməli idiniz söyləyir və qapıya tərəf yönəlir. Qapının ağzında bir daha dayanaraq təkrar siz belə deməməli idiniz söyləyir və çıxır. Üç gün sonra Rıçaqovu vəzifəsindən azad edilir.[5] 22 iyunda Soçidə istirahət edən Rıçaqov almanların SSRİ-yə hücumunu eşidərək qatarla Moskvaya qayıdır. Burada, elə Kursk vağzalında arvadı, aviasiya mayoru Mariya Nesterenko ilə birlikdə həbs edilir.
Antisovet təşkilatlardan birinə üzv olmaqda günahlandırılan Pavel Rıçaqov bütün işgəncələrə baxmayaraq, nə özünün, nə də başqalarının əleyhinə ifadə vermir. Almanlar Moskvaya yaxınlaşarkən bir sıra məhbuslar Kuybışev şəhərinə köçürülürlər. Burada isə 30 yaşlı Pavel Rıçaqov arvadı da daxil digər 19 nəfərlə birlikdə Lavrenti Beriyanın əmrilə məhkəməsiz, hökmsüz güllələnirlər.[6]
Pavel Vasilieviç Rıçaqov 1911-ci ilin 15 yanvar tarixində Rusiya imperiyasının paytaxtı Moskva şəhəri yaxınlığında yerləşən Nijni Lixabor kəndində anadan olub. 1928-ci ildə Qırmızı Ordu sıralarına qatılmış, Hərbi Hava Qüvvələrinin Leninqrad Hərbi Texnikumunda təlim keçmiş, 1930-cu ildə oranı bitirmişdir. 1931-ci ildə II dərəcli Pilotlar Hərbi Texnikumunda təhsil almağa başlamışdır.[1]
Kiyev Hərbi Dairəsinin aviasiya eskadronunun komandiri olmamışdan əvvəl Rıçaqov beş il müddətində digərlərindən fərqlənməyən qırıcı pilotu kimi fəaliyyət göstərib. 1936-cı ildə nümunəvi xidmətlərinə görə Lenin ordeni ilə təltif edilmişdir. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlamasının ardından sovet könüllülərinin tərkibində İspaniyaya yollanmışdır.[1]
Rıçaqovun döyüş pilotu kimi karyerasının ən gərgin hissəsi İspaniya vətəndaş müharibəsinə təsadüf edir. 1936-cı ilin 28 oktyabr tarixində Rıçaqov Polikarpov I-15 təyyarəsini idarə edən 15 pilotdan ibarət sovet dəstəsinin rəhbəri kimi İspaniyanın Kartaxena şəhərinə eniş etmişdir. Bir necə gün sonra 10 pilot və 15 təyyarədən ibarət daha bir qrup Bilbao şəhərinə gəlmişdir.[7] Rıçaqovun rəhbəri olduğu qırıcı pilotlardan ibarət dəstənin ilk hərəkəti 4 noyabr tarixinə təsadüf edir.
Həmin gün pilotlar Madrid səmasında iki düşmən Yunkers Yu 52 və iki Fiat CR.32 təyyarəsini vururlar, sovet pilotları arasında isə itki qeydə alınmır. Sonrakı günlərdə Rıçaqovun pilotları daha 12 düşmən təyyarəsini vurmağa müvəffəq olur və əvəzində 2 təyyarələrini itirlər.[7]
16 noyabr tarixində pilotun içərisində olduğu qırıcı səmada vurulur və bir necə gün sonra sovetlərin İspaniyadakı döyüşə biləcək qırıcılarının sayı 15-ə düşür. 7 təyyarə itkin düşür və iki təyyarə vurulur, vurulan qırıcıların pilotları da həlak olurlar. Bütün çətinliklərə baxmayaraq, Rıçaqov 1937-ci ilin yazına kimi döyüşməkdə davam edib. 1936-cı ilin dekabrında və 1937-ci ilin yanvarında 30 ədəd Polikarpov I-15 qırıcı təyyarəsi İspaniyaya göndərilir və yenilənmiş eskadrilya yeni döyüşlərə qatılır.
İspaniya vətəndaş müharibəsinin sonuna qədər Rıçaqovun rəhbərlik etdiyi döyüşçü qrupu ümumilikdə 40 hava mübarizəsidən qalib çıxmışdı və bu həmin dövr üçün kifayət qədər uğurlu nəticə hesab olunurdu.[1] Pilot 1937-ci ildə SSRİ-yə qayıdır və İspaniyada göstərdiyi yüksək xidmətlərinin müqabilində 26 yaşında Briqada generalı ali hərbi rütbəsinə layiq görülür.
1938-ci ildə bir başqa könüllülər qrupunun başçısı kimi Çinə göndərilir və burada yaponlara qarşı İkinci Çin–Yaponiya müharibəsinə qatılır. Rıçaqovun Çindəki döyüş yolu İspaniyadakı qədər uzun çəkmir, bir necə hava döyüşündə iştirak etdikdən sorna yenidən SSRİ-yə qayıdır.[1]
İspaniya və Çində göstərdiyi yüksək xidmətlərə SSRİ rəhbərliyinin gözündən yayınmır və Rıçaqova 1939-cu ildə general-mayor ali hərbi rütbəsi verilir. O, eyni zamanda IX Hərbi Hava Qüvvələrinin komandanı təyin edilmişdir. 1939-cu ildə Sovet Sosialist Respublikaları İttifaqı və Finlandiya arasında baş vermiş Qış müharibəsində rəhbər pilot və general-mayor kimi qatılmışdır.[1] 1940-cı ilin mayında ilk sovet ordeni olan "Qırmızı bayraq" ordeni ilə təltif edilir və bir necə ay sonra general-leytenant ali hərbi rütbəsinə layiq görülür.[1]
1940-cı ilə qədər Rıçaqov Hərbi Hava Qüvvələrinin ali rəhbərliyində təmsil olunurdu. Sovet İttifaqı Hərbi Hava Qüvvələri Baş İdarəsinin rəisi təyin edildi və Qırmızı Ordunun Baş Hərbi Şurasının üzvü seçildi. 1940-cı ilin 28 avqust tarixində isə Yakov Smuşkeviçdən sonra Sovet İttifaqı Hərbi Hava Qüvvələrinin komandanı təyin edilmişdir.[1][2][3]
1941-ci ilin iyun ayında Üçüncü Reyx SSRİ-yə qarşı Barbarossa əməliyyatına start verir. Almanların hücumunu gözləməyən sovetlər ciddi itkilər verirlər və müharibənin ilk günlərində çətin vəziyyətə düşürlər. Həmin ildə Sovetlər üzərinə alman hücumunun başlamasına baxmayaraq, 1940-cı ilin oktyabrı ilə 1942-ci ilin fevralı arasında Qızıl Orduda tarixə 1941-ci ilin repressiyaları kimi düşmüş silsilə həbslər və edam hökmləri ilə müşahidə olunan repressiya dalğası baş vermişdir. Stalin tərəfindən başladılan bu repressiya Sovet İttifaqı Hərbi Hava Qüvvələrində xüsusilə hiss edilmişdir.
1941-ci il repressiyasının əsas hədəflərindən biri SSRİ rəhbərliyini qane etməyən və əmrləri sözsüz şəkildə icra etməyən yüksək rütbəli hərbçilərdən xilas olmaq məqsədi daşımışdır. Sözügedən əməliyyatdan az əvvəl Pavel Rıçaqov Sovet İttifaqı Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılmış və onu Pavel Jiqarev əvəz etmişdir.[2][3] SSRİ rəhbərliyi və ölkənin Hərbi Hava Qüvvələri arasındakı fikir ayrılığı kütləvi həbslərə səbəb olmuşdur. Rıçaqovun həbs edilməsinin səbəbi kimi iki müxtəlif iddia göstərilir. Birinci ehtimal 1941-ci ilin mayında alman Yunkers Yu-52 döyüş təyyarəsinin sovet radarlarından yayınaraq Moskvaya eniş etməsi və bu hadisənin mərkəzi büroda ciddi narahatçılığa səbəb olmasıdır.
Həmin hadisədən sonra sovet rəhbərliyi imperiyanın hava sərhədlərinin qorunmadığı fikirinə qapılmışdılar. Digər bir fərziyyə isə 1941-ci ilin 9 aprel tarixində İosif Stalinin yanında keçirilən müşavirədə Pavel Rıçaqovun Stalinlə mübahisə etməsi ilə bağlıdır. Belə ki, sözügedən tarixdə İosif Stalin ordu rəhbərliyi ilə birlikdə hərbi müşavirə keçirir və keçirilən müşavirədə hərbi təyyarələrin tez-tez qəzaya uğraması problemi müzakirə olunur.[8]
İştirakçılar, eləcə də Stalin əsas günahı təyyarəçilərdə görürlər. Bunu qəbul etməyən Rıçaqov çılğınca siz bizi tabutlarda uçmağa məcbur edirsiniz deyir. Otağa dərin sükut çökür. Var-gəl edən Stalin bir müddət sonra siz belə deməməli idiniz söyləyir və qapıya tərəf yönəlir.[4] Qapının ağzında bir daha dayanaraq təkrar siz belə deməməli idiniz söyləyir və çıxır. Üç gün sonra Rıçaqovu vəzifəsindən azad edirlər.[9]
22 iyun tarixində Soçidə istirahət edən Rıçaqov almanların SSRİ-yə hücumunu eşidərək qatarla Moskvaya qayıdır. Burada, elə Kursk vağzalında arvadı, aviasiya mayoru Mariya Nesterenko[4][10] ilə birlikdə həbs edilir. Hansısa antisovet təşkilata üzv olmaqda günahlandırılan Pavel Rıçaqov bütün işgəncələrə baxmayaraq, nə özünün, nə də başqalarının əleyhinə ifadə vermir.
Almanlar Moskvaya yaxınlaşarkən bir sıra məhbuslar Samara şəhərinə köçürülürlər. Burada isə 30 yaşlı Pavel Rıçaqov arvadı da daxil digər 19 nəfərlə birlikdə Lavrenti Beriyanın əmrilə məhkəməsiz, hökmsüz güllələnirlər.[11] 1953-cü ildə İosif Stalin vəfat edir, 1954-cü ildə isə Pavel Rıçaqov və digər bir çox general bəraət alırlar.