NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları

NKVD tərəfindən həyata keçirilən məhbus qırğınlarıSovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi AvropadaPolşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi.

Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min,[1] Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir.[2] Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir.[3]

Zəmin[redaktə | mənbəni redaktə et]

Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803). Ukrayna və Belarusda 60 min siyasi məhbus pöiyada şəkildə evaukasiya edilmişdi. Rəsmi sovet rəqəmlərinə görə, köçürülmələr zamanı 9.800 nəfər həbsdə, 1443 nəfər köçürülməsi zamanı edam edilmiş, 59 nəfər qaçmağa çalışarkən öldürülmüş, 23 nəfər alman bombardmanı, 1057 nəfər isə digər səbəblərdən ölmüşdür.[4]

Orest Subtelnının sitat gətirdiyi tarixçi Yuri Boşik, qətllər haqqında yazırdı:

Təkcə edam edilənlərin sayı deyil, həm də onların ölmə tərzi də xalqı şoka saldı.[5]

Həbs edilənlərin ailələri sovetlərin geri çəkilməsindən sonra həbsxanalara getdilər, lakin cəsədlərin kimliyinin müəyyən edilməyəcək qədər pis bir halda parçalançış olduğunu gördükdə dəhşətə qapıldılar. Məhkumların çoxunun ölmədən öncə işğəncəyə məruz qaldığı bariz idi, həm də xeyli sayda məhbus kütləvi güllələnmə ilə öldürülmüşdü.[5][a]

150 min məhbusdan təxminən 100 mini öldürüldü, yerdə qalanlarının çoxu Sovet İttifaqının daxili bölgələrinə köçürüldülər.[2] Həmçinin hməhkumlardan bəzilərini köçürməyə və ya öldürməyə vaxt qalmadığı üçün həbsxanalarda unudulmuşdular, bəziləri isə edam prosesi zamanı qaçmağı bacarmışdı.[6]

Qırğınlar[redaktə | mənbəni redaktə et]

NKVD Krımdan başlamaqla Polşaya qədər bir çox yerlərdə siyasi məhbus qətllərinə yol vermişdi.[7] Alman işğalının başlanmasından dərhal sonra NKVD öz həbsxanalarının çoxunda siyasi məhbusların öldürülməsinə başladı və qalanlarını ölüm yürüşlərində evakuasiya etdi.[8][9] Onların çoxu siyasi məhbuslar olmaqla birlikdə, məhkəmə olmadan həbs və edam edilmişdilar. Bu kütləvi edamlaın bir çoxu sonradan işğalçı alman qüvvələri tərəfindən sənədləşdirildi və antisovet, antiyəhudi propaqandasında istifadə edildi.[10][11][12] Müharibədən sonra və son illərdə Almaniya, Polşa, Belarusiya və İsrailin səlahiyyətliləri məhbuslarının öldürüldüyü ən azı 25 həbsxananı və daha çox sayda kütləvi edam yerlərini müəyyənləşdirdi.[8]

Belarusda[redaktə | mənbəni redaktə et]

Polşa və Litvanın Belarusdakı səfirləri 2021-ci ildə qətliamın 80-ci ildönümünü qeyd edirlər.[13]
  • Minsk yaxınlığında Çervyen qırğını. 24 iyun tarixində köçürülmə prosesinin başlanmasından əvvəl ölüm hökmü almış 15 litvalı siyasətçi edam edildi. Onların arasında 1929–1934-cü illərdə Litvanın daxili işlər naziri olmuş Steponas Rusteika da daxil idi. 25 iyun tarixində 2 min məhbus NKVD-in 42-ci alayının əsgərləri tərəfindən piyada formada Çervyenə aparıldılar.[14] Yol boyunca 500 məhbus yolu gedə bilmədiyi üçün öldürüldü.[15] Rəsmi sovet hesabatına görə, 209 məhbus qarışıqlığa və alman borbardmanına görə ölmüşdür.[16]

26 iyunda sağ qalmağı bacarmış məhbuslar Çervyen həbsxanasına yerləşdirildilər. Məhbusların sırasına daxil olan bir neçə kriminal məhbus Qızıl Orduya qatılmaq istədiklərini bildirdikdən sonra azad edildilər.[15] 27 iyun tarixində Belarus NKVD-i mərkəzi NKVD-in həbsxana idarəsinin rəhbəri Mixail İvanoviç Nikolskidən məktub aldılar.[15] Məktubda 400 məhbusu Çervyendə buraxmağı, qalanlarını isə öldürmək əmr edilirdi. Məhbusların sənədlərinin almanların Minski bombardman etməsi nəticəsində yox edilməsinə görə, NKVD zabitləri öldürüləcək 400–750 şəxsi demək olar ki, təsadüfi seçməyə başladılar.[15] 26–27 iyun gecəsi seçilmiş şəxslər Çervyendən Babruyska doğru aparıldılar. Əvvəlcə NKVD işçiləri yürüşə davam gətirə bilməyənləri güllələdilər. Sonra, Çervyendən təxminən 1,5–2 kilometr (0,93–1,24 mil) aralıda bir meşədə NKVD kütləvi edam təşkil etdi. Litvalı məhbuslardan 40-a yaxını sağ qaldı. Ümumilikdə 200-ə yaxın məhbus qaçmağı bacardı.[17][18]

Qırğının ilk anım mərasimi 1990-cı ilin iyulunda litvalı fəallar yol kənarında ziyarətgah, belaruslar isə xatirə xaç ucaltdıqları zaman baş verdi.[19]

  • Hlybokaye qırğını: Vitebsk yaxınlığında yerləşən bu məntəqədə NKVD 24 iyun tarixində təxminən 800 məhkumu qətlə yetirdi. Onlardan çoxu polyak idi. Daha minlərlə insan iə Ulla yaxınlığındakı Nikolayevoya edilən ölüm yürüşündə həyatını itirdi.[20][21]
  • Hrodno qırğını: 22 iyun 1941-ci ildə NKVD yerli həbsxanada saxlanılan onlarla insanı öldürdü. 1700 insan isə sürətli alman hücumuna və eyni tempdə Sovet geri çəkilməsinə görə, NKVD edamçılarının onları öldürməyə vaxt tap bilməməsi nəticəsində sağ qalmağı bacardı.[22]
  • Vileyka qırğını: 1941-ci il iyunun 24-də sovet mühafizəçiləri ölkədən gedənə qədər onlarla insan, əsasən də siyasi məhbuslar, xəstə və yaralılar edam edildi.[23][24]

Estoniyada[redaktə | mənbəni redaktə et]

Tartuda ldürülənlərin cəsədləri.
  • Tartu qırğını. 1941-ci ilin yayında kommunist repressiyasına məruz qalmış şəxslər Tartu həbsxanasında saxlanılmaqda idilər. İyun ayının son günlərində burada 619 şəxs var idi. Alman hücumu Tartuya yaxınlaşdıqca həbsxananı boşaltmaq üçün addımlar atıldı, lakin eyni zamanda həbslər də davam etdiurildiyi üçün 8 iyul tarixində hələ 223 nəfər həbsxanada idi. Beləliklə, Estoniya Kommunist Partiyasının Tartu bölgə komitəsinin, yerli təhlükəsizlik orqanı rəhbəri Alfred Pressmanın (1894–1973) və NKVD-in Tartu bölgəsi üzrə rəhbəri Pavel Afanasyevin (1903–1941) iştirakı ilə keçirilən iclasda həmin məhbusların öldürülməsi qərarı qəbul edildi. Altı qatildən dördü etnik eston, biri Peipsi bölgəsi rus idi. Onların arasında ən çox diqqət çəkən yerli komsomol fəalı və sonralar Estoniya SSR daxili işlər nazirinin Xruşşov erasının yumşalma dövründəki müavini Edmund Näar (1920–1973) idi.[25]

9 iyulda keçirilən kütləvi edam zamanı öldürülən sayının 193 nəfər olduğu güman edilir.[26][27]

Litvada[redaktə | mənbəni redaktə et]

  • Almanlar Litvaya yaxınlaşdığı zaman NKVD məşhur Lukişkes həbsxanasında xeyli sayda məhbusu edam etmişdir.[28]
  • Rainai qırğını. Litvada Litva Aktivistləri Cəbhəsinin İyun üsyanını başlatmasından sonra sovet hakimiyyətinə son qoyuldu və qısa müddət sonra ölkə almanlar tərəfindən işğal edildi. Bu hadisələrin gedişatı zamanı məhbusların edam edilməsi qərarı qəbul edildi, çünki sovet təhlükəsizlik orqanları məhbusların hamısının köçürülməsinə qadir deyildilər. Beləliklə, Qızıl Ordudan Dontsov adlı şəxsə onları edam etmək əmri verildi. 24 iyun gecəsi məhbusların çoxu yük maşınlarına mindirildilər və Rainiai meşəsinə aparıldılar. Məhbuslar əvvəlcə işğəncə verildikdən sonra güllələndilər. Qurbanların çoxu o qədər hissəyə parçalanmışdılar ki, yalnız iyirmi yeddi cəsəd eksqumasiya edildikdən və yalnız üç gün keçdikdən sonra tanınması mümkün oldu. Koronerin eksqumasiyadan sonra apardığı ekspertizaya görə, həm hesabatda, həm də şahid ifadələrində sovetlərin məhbusların dilini, qulaqlarını, cinsiyyət orqanlarını, baş dərisini kəsdiyi, cinsiyyət orqanlarını məhbusların ağızına qoyduğu, gözləri çıxardığı, dırnaqlarını çıxardığı, qurbanların əllərini bağlamaq üçün öz dərilərindən kəmərlər düzəldildiyi təsdiq edildi. Həmçinin məhbusların bədənləri məşəl və turşu basitəsiylə yandırılmış, sümükləri və kəllələri əzilmişdi. Və bütün bunlar qurbalar hələ sağ ikən edilmişdi. Qətliamın təşkilatçıları arasında Pyotr Raslan, Boris Mironov, Naçman Duşanski, 8-ci sərhəd ordusunun siyasi lideri Mixail Kompanyanets, NKVD Kretinqa bölgəsinin direktor müavini Yermolayev, NKVD leytenantı Jdanov və başqaları var idi. Bu hadisələr zamanı ümumilikdə 70–80 nəfər litvalı məhbus öldürülmüşdür.[29][30]

Qalereya[redaktə | mənbəni redaktə et]

  • Kaunas yaxınlığındakı Pravienişkės həbsxanasındakı qırğın. 1941-ci ilin iyun ayında NKVD mənsubu olan şəxslər bu bəhsxanada saxlanılan 260 siyasi məhbusu və həbsxanada işləyən bütün litvalı şəxsləri öldürmüşdür.
  • Həmçinin köçürülən litvalı məhbusların bir hissəsi Çervyen qırğınında, bir hissəsi Biqosovo yaxınlığında edam edilmişdirlər.

Polşada[redaktə | mənbəni redaktə et]

1941-ci ildə Polşanın şərqinin yarısında Sovet hakimiyyəti altında yaşayan polyak əhalinin böyük bir hissəsi SSRİ-in ucqar bölgələrinə köçürülmüşdülər. Digərləri, o cümlədən çoxlu sayda başqa etnik mənsubiyyətə malik polyak mülki şəxsləri (əsasən belaruslar və ukraynalılar) bölgənin şəhərlərində müvəqqəti həbsxanalarda saxlanılırdılar və burada ya Moskvadakı NKVD həbsxanalarına, ya da Qulaqlara sürgün edilmələrini gözləyirdilər. Polşanın şərqində yaşayan 13 milyon insandan təxminən yarım milyonunun həbsdə olduğu və onların 90%-dən çoxunun kişi olduğu təxmin edilir. Beləliklə, Alman hücumu zamanı yetkin kişilərin təxminən 10% -i həbs edilmişdi. Çoxları işgəncə və ya baxımsızlıqdan həbsxanalarda öldü.[8] İşgəncə üsullarına qurbanların qaynar suda yandırılması, qulaqların, burunların və barmaqların kəsilməsi daxildir. Timoti Snayder hesab edir ki, NKVD 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra 9817 həbsdə olan Polşa vətəndaşını güllələyib. Müharibədən əvvəlki Polşada NKVD-nin qırğın yerləri indi Litvada, Belarusiyada və Ukraynadadır.[31][8]

Katın qırğını[redaktə | mənbəni redaktə et]

Qətliamın təklivi NKVD rəhbəri Lavrenti Beriya tərəfindən verilmiş və İosif Stalin tərəfindən qəbul edilmişdir. Öldürülənlərin sırasına 8 min nəfəri Polşanın 1939-cu ildə işğal edilməsi zamanı əsi götürülən zabitlər, 6 min nəfəri polis zabitləri, 8 min nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi.[32] Köhnə Polşa ordusu çoxmillətli olduğu üçün öldürülənlərin sırasına belaruslar və ukraynalılar da daxil idi. Həmçinin hadisə zamanı yəhudilər də öldürülmüşdü. Onların sırasına Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberq də daxil idi.[33]

1943-cü ilin aprelində Almaniya Katın meşəsində kütləvi məzarlıqların aşkar edilməsi barədə ictimaiyyətə məlumat verdi.[34] Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik əlaqəni kəsmək qərarına gəldi və kütləvi qətllərin almanlar tərəfindən həyata keçirildiyini bildirdilər. 1990-cı ilə qədər SSRİ qətliamın onlar tərəfindən həyata keçirilməsini inkar etdi və üzr istəmədi.[32][35][36]

Daha sonralar SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış tədqiqatlar zamanı qətliamın SSRİ tərəfindən həyata keçirildiyi təstiqləndi. Rusiya qətliamın SSRİ tərəfindən həyata keçirildiyini qəbul etsə də, onu müharibə cinayəti və kütləvi qətl kimi görməkdən imtina etdi. Qurbanların öldüyü əsas gətirilərək istintaq bağlı elan edildi və qətliam Böyük Təmizləmənin bir hissəsi olduğu üçün öldürülənlərə bəraət verilmədi.[37]

2010-cu ilin noyabr ayında, Rusiya Federasiyası Dövlət Duması qətliamın həyata keçirilməsində Stalin və digər dövlət xadimlərinin günahkar olduğuu ehtiva edən bəyannaməni təstiqlədi.[38]

Qalereya[redaktə | mənbəni redaktə et]

Ukraynada[redaktə | mənbəni redaktə et]

10 iyul 1941-ci ildə almanlar Ukraynaya doğru yaxınlaşdığı zaman Ternopoldakı Gizli Sovet Polisinin yerli həbsxanasında saxlanılan almanların qətlə yetirilməsi. Etnik almanlar sovetlər tərəfindən alman ordusu ilə əlaqələndirilirdi.

Sovetlər tərəfindən ələ keçirilmiş müasir Ukraynanın qərbində də NKVD tərəfindən kütləvi məhbus edamları həyata keçirilmişdir. Bunlara daxildir:

  • Ternopil yaxınlığındakı Berejanidəki (müharibədən əvvəlki Polşada Brzezani) qırğın: 22 iyun ilə 1 iyul arasında NKVD-in yerli şöbəsinin zabitləri tərəfindən həbsxanada saxlanılan təxminən 300 polyak məhbus edam edildi. Onların arasında ukraynalılar da var idi.[22]
  • Donetsk Rutçenkovo qırğını
  • Dubno qırğını: 3 hissəli Dubno həbsxanasındakı bütün məhbuslar — qadınlar və uşaqlar da daxil olmaqla — güllələndi.[3]
  • İvano-Frankivsk qırğını: 150 qadının və onlarla uşağın da daxil olduğu 500 nəfərlik polyak məhbuslar NKVD tərəfindən güllələndi və onların cəsədləri Demianiv Laz bölgəsində müxtəlif kütləvi məzarlıqlarda basdırıldı.
  • "Xarkov faciəsi": burada həbsdə saxlanılan 1200 şəxs diri-diri basdırıldılar.
  • Lutsk qırğını: həbsxananın almanlar tərəfindən bombardman edilməsindən sonra məhkumların qaçmasını önləmək üçün oradakı sovet nümayəndələri bütün siyasi məhbusların əhv ediləcəyini bildirdi. Məhkumların həbsxananın qarşısında düzülməsindən sonra hamısı pulemyotlarla güllələndi. Güllələnmədən sonra sağ qalanlara ayağa qalxmaq və ölənləri basdırmaq əmr edilmişdir. Bu işi bitirdikdən sonra onlar da güllələnərək öldürülmüşdür. Almaniyanın Xarici İşlər Nazirliyi bu hadisə zamanı 1500 ukraynalının öldürüldüyünü bildirsə də, SS və nasist kəşfiyyatı 4 min nəfərin öldürüldüyün iddia etməkdə idi.[1]
  • Sambir qırğını: 570 nəfər öldürüldü.[39]
  • Simferopol qırğını: 31 oktyabrda NKVD öz binasında və şəhər həbsxanasında saxlanılan insanları güllələdi.
  • Yalta qırğını: 4 noyabrda NKVd şəhər həbsxanasında saxlanılan bütün məhbusları öldürdü.[7]
  • Lviv qırğını: bu əhərdə NKVD qırğınları almanların hücuma keçməsindən dərhal sonra başladı. Beləliklə, 22 iyundan başlayan qırğınlar 28 iyuna qədər davam etdi. NKVD müxtəlif həbsxanalarda saxlanılan minlərlə məhbusu öldürdü. Öldürmə metodları digər yerlərdəkinə bənzəməkdə idi. Buraya həbsxana otaqlarında güllələmə, otaqlara bomba atılması və ya otaqda aclıqdan ölümə tərk etmə metodları daxil idi. Bəziləri sadəcə süngü ilə öldürüldü.[3] Bu yolla 4000-dən çox insanın öldürüldüyü təxmin edilir, sağ qalanların sayı isə təxminən 270 nəfərdir.[3] Ukrayna üsyanı qısa müddət ərzində NKVD-ni geri çəkilməyə məcbur etdi, lakin tezliklə kameralarında qalan məhbusları öldürmək üçün geri qayıtdı.[40] Bundan sonra tibb fakültəsinin tələbələri həbsxanalardan birində baş verənləri belə təsvir etdilər:[41]

Həyətdən qapılar yuxarıdan aşağı meyitlərlə dolu geniş bir məkana aparırdı. Aşağıdakılar hələ də isti idi. Ölənlərin 15–60 yaşları arasında olsalar da, əksəriyyəti 20–35 yaş arasında idi. Onlar müxtəlif pozalarda, açıq gözlər və üzlərində terror maskaları ilə uzanmışdılar. Onların arasında qadınlar da çox idi. Sol divarda kişilik orqanları kəsilmiş, çiyinləri çətinliklə örtülən üç kişi çarmıxa çəkilmişdi. Onların altında yarı oturmuş, yarı söykənmiş formada duran və ağızlarında bu orqanlar [kişi cinsiyət orqanı] olan iki rahibə vardı. NKVD-nin sadizminin qurbanlarını ağızdan və ya başın arxasından güllə ilə öldürürdülər Amma əksəriyyəti qarnından süngü ilə bıçaqlanmışdı. Bəziləri çılpaq və ya demək olar ki, çılpaq idi, bəziləri isə səliqəli küçə paltarında idi. Bir nəfər qalstuklu idi, çox güman ki, yenicə həbs olunmuşdu.

Bu qırğınların ardınca dərhal Lvov poqromu başladı. Bu poqrom alman hərbi dairələri və Ukrayna Millətçi Təşkilatı tərəfindən şəhərin ələ keçirilməsindən dərhal sonra başlamışdı. Şəhərin yəhudi sakinləri ukraynalı millətçilərin, şəhər sakinlərinin və alman əsgərlərinin hücumlarına məruz qaldılar. Bəzi hallarda yəhudi sakinlərə qarşı qırğınlar və zorakılıqlar NKVD-nin törətdiyi qətllərə görə haqlı qisas kimi qələmə verilirdi.

78 Ukrayna həbsxanası üçün Sovet statistikası:[42]

  • 45.569 nəfər köçürülmüş
  • 48 nəfər qaçmış
  • qanuni olaraq 123 nəfər öldürülmüş
  • qeyri-qanuni olaraq 55 nəfər öldürülmüş
  • 3.536 nəfər sağ buraxılmışdır.

Rusiyada[redaktə | mənbəni redaktə et]

1941-ci ildə Oryol həbsxanasında 5 min siyasi məhkum saxlanılmaqda idi. 5 sentyabr 1941-ci ildə Lavrenti Beriyanın əmrinə əsasən NKVD güllələnməsi planlanan 170 Oryol məhkumunun siyahısını hazırladı. Beriya iddia edirdi ki, siyahıdakı şəxslər "məhkumların ən əqəzbli hissəsini" təşkil edirlər və onlar müharibə zamanı məğlubiyyətçi təbliğat aparmaqla birlikdə, yeraltı fəaliyyətlərini yeniləmək üçün qaçış planlamaqdadırlar". Hazırlanmış siyahı Stalinə göndərildi və onun tərəfindən də təstiqləndi. 8 sentyabr tarixində hakim Valisi Ulrix (kollegiumun başçısı kimi), Dmitri Kandybin və Vasili Bukanov heç bir sübut və araşdırma olmadan rəsmi şəkildə 161 nəfəri ölümə məhkum etdi. Edam vaxtı siyahıda olanların bəziləri artıq ölmüş və ya köçürülmüş, digərləri isə sərbəst buraxılmışdı. Edam edilənlərin çoxu xarici vətəndaşlar idi, aralarında hətta Albert Eynşteynin azad edilməsini tələb etdiyi Fritz Noether[b] də var.[44][45]

  • Kuybişev qırğını: 28 oktyabr 1941-ci ildə 20 keçmiş yüksək rütbəli Qızıl Ordu mənsubu və partiya rəsmisi Kuybişev bölgəsinin Barbiş kəndində güllələndi.


Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Alman hücumu NKVD-in təəccübünə səbbə olmuşdu. Həmçinin NKVD-in həbsxanaları əvvəlki köçürülmələrə baxmayaraq, siyasi məhbuslarla dolub-daşmaqda idi. Müharibənin ilk həftəsində tələsik geri çəkilərkən məhbusları azad etmək əvəzinə, Sovet gizli polisi onların əksəriyyətini öldürdü. İşğalın ilk həftəsində NKVD məhbuslarının edamları prosesi zamanı Qərbi Ukraynada təxminən 10.000, Kiyevin şərqinə doğru yerləşən Vinnitsada 9.000-dən çox məhbus edam edildi. Şərqi Polşa, Belorusiya, Litva, LatviyaEstoniyada da eyni sayda məhbus edam edilmişdi. Həmçinin Sovet ərazilərində 1937-1938-ci illərdə Böyük təmizləmə zamanı yüz minlərlə edam həyata keçirilmişdi.[5]
  2. Almaniya yəhudsi olan riyaziyyatçıdır. Almaniyadakı repressiyalara görə, Sovet İttifaqına sığınmış və elə NKVD tərəfindən edam edilmişdir.[43]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Berkhoff, 2004. səh. 14
  2. 1 2 Piotrowski, 1998
  3. 1 2 3 4 Gellately, 2007. səh. 391
  4. "Никита Васильевич Петров. История империи "Гулаг"". Pseudology.org. 2013. 2023-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyab 2023.
  5. 1 2 3 Rhodes, 2002
  6. Nagorski, 2007. səh. 84
  7. 1 2 Kirimal, 1958
  8. 1 2 3 Wegner, 1997. səh. 47–79
  9. "Zbrodnie Sowickie W Polsce". encyklopedia.pwn.pl. 21 may 2006. 5 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  10. "Blutige Ouvertüre". www.zeit.de. 21 iyun 2001. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  11. "German Soldiers in the Soviet Union - Letters from the East". research.calvin.edu. 30 dekabr 2013. 2014-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  12. "During World War II and Afterwards". www.shtetlinks.jewishgen.org. 6 yanvar 2003. 5 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  13. "Upamiętnienie więźniów rozstrzelanych przez NKWD" (polyak). Gov.pl. 14 iyun 2021. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2022.
  14. "Politinių kalinių žudynės Červenėje" (PDF). genocid.lt. 17 iyun 2011. 2018-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 sentyabr 2023.
  15. 1 2 3 4 Anušauskas, 1996. səh. 118–121
  16. Parrish, 1996. səh. 48
  17. "Lietuvos Respublikos Seimo kanceliarijos Parlamentarizmo istorijos ir atminimo įamžinimo skyrius". Červenės žudynės. 2015-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2023.
  18. Genocide and Resistance Research Centre of Lithuania. "Politinių kalinių žudynės Červenėj" (PDF). genocid.lt. 2011. 2018-08-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 sentyabr 2023.
  19. Stungurys, 1996
  20. "ZBRODNIE SOWIECKIE W POLSCE 1939–45". encyklopedia.pwn.pl. 5 art 2023. 21 may 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2023.
  21. "BEREZWECZ". encyklopedia.pwn.pl. 27 may 2002. 5 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2023.
  22. 1 2 Gałkiewicz, 2001. səh. 20
  23. Siedlecki, 1990. səh. 59
  24. Krahel, 2019
  25. "Antoniuse Õue verine punaminevik". kultuur.elu.ee. 2005. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2023.
  26. Harvey, 2012
  27. "Museum of KGB Cells". www.atlasobscura.com. 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2023.
  28. Paszkowski, 2005
  29. "No. 142, Part I, 24 July 1996". 29 noyabr 2006. 29 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2023.
  30. "Forgotten Soviet War Crime - KNOW AND REMEMBER" (PDF). 1 avqust 2013. 31 mart 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 sentyabr 2023.
  31. Snyder, 2010. səh. 194
  32. 1 2 Kużniar-Plota, 2004. səh. 32
  33. Wade Beorn, 2018. səh. 89
  34. Engel, 1993. səh. 71
  35. Roberts, 2006. səh. 171
  36. "Russia to release massacre files". news.bbc.co.uk. 1 noyabr 1989. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  37. "Russian, Polish Leaders To Mark Katyn Anniversary". Radio Free Europe. 20 noyabr 2018. 16 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2023.
  38. "Russian parliament condemns Stalin for Katyn massacre". BBC News. 24 oktyabr 2014. 3 aprel 2023 tarixində arxivləşdirilib.
  39. Kowalik, 2004. səh. 14
  40. Nagorski, 2007. səh. 83
  41. "Lviv museum recounts Soviet massacres". www.cdvr.org.ua. 8 iyun 2016. 5 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2023.
  42. Тимофеев, 1999
  43. Misha, 2017
  44. Rabinowitch, 1995. səh. 424-446
  45. Parrish, 1996. səh. 69–109

Mənbə[redaktə | mənbəni redaktə et]

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Berlin Propyläen Verlag. Bogdan Musical Konterrevolutionäre Elemente sind zu erschießen. Die Brutalisierung des deutsch-sowjetischen Krieges im Sommer 1941. Berlin Propyläen Verlag. 2000.