Qızıl nəsil (ing. golden generation) və ya qızıl komanda (ing. golden team) — əldə etdiyi nailiyyətlər və ya komandalarının daha əvvəl əldə etdiyi nəticələrdən daha yüksək bir səviyyəyə çatması gözlənilən bənzər yaşda çox istedadlı bir qrup oyunçu.[1][2]
Sven-Qoran Eriksonun idarə etdiyi dövrdə, İngiltərə Futbol Federasiyasının icraçı direktoru Adam Krozier və Britaniya mətbuatının bəzi üzvləri, Devid Bekhem, Maykl Ouen və Stiven Cerrard kimi potensiallı oyunçuları qızıl Nəsil komandasının nüvəsi kimi adlandırırdılar.