Devid Bekhem

Devid Bekhem (ing. David Beckham, 2 may 1975[4][5][…], London[6]) — keçmiş ingilis futbolçusu. Devid Bekhem İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted", "Preston North End", ABŞ-nin "Los-Anceles Qalaksi", İtaliyanın "Milan" klublarının şərəfini qoruyub, UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb.[7] Bekhem 20 illik futbolçu karyerası ərzində 19 dəfə zəfər sevinci yaşayıb. Onlardan 10-u isə ölkə çempionluğudur. Həmçinin Devid 4 ölkədə çempion olan ilk ingilis futbolçusudur.[8]

Devid Bekhem
ing. David Beckham
Ümumi məlumatlar
Tam adı Devid Robert Cozef Bekhem
Ləqəbi Beks
Doğum tarixi (49 yaş)
Doğum yeri London, İngiltərə İngiltərə
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Boyu 183 sm[1][2]
Çəkisi 77[1][3] kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1988—1989 İngiltərə Brimsdaun Rovers
1989 İngiltərə Tottenhem Hotspur
1989—1993 İngiltərə Mançester Yunayted
Klub karyerası[* 1]
1993–2003 İngiltərə Mançester Yunayted 265 (62)
1994–1995   İngiltərə Preston Nort End 5 (2)
2003–2007 İspaniya Real Madrid 116 (13)
2007–2012 ABŞ Los-Anceles Qalaksi 115 (18)
2009   İtaliya Milan 18 (2)
2010   İtaliya Milan 11 (0)
2013 Fransa Pari Sen-Jermen 10 (0)
1993—2013 Cəmi 540 (97)
Milli yığma[* 2]
1992–1993 İngiltərə İngiltərə (18 yaşlılar) 3 (0)
1994–1996 İngiltərə İngiltərə (21 yaşlılar) 9 (0)
1996–2009 İngiltərə İngiltərə 115 (17)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 sentyabr 1996-cı ildə milli komandanın heyətində debüt etmişdir. 6 il — 2000–2006-cı illərdə milli komandanın kapitanı olmuşdur.[9][10] İngiltərə millisinin heyətində meydan oyunçuları arasında matç sayında rekordçudur.[11]

Xeyli fərdi mükafatının sahibidir. 2004 və 2010,[12] 2011-ci ildə dünyanın ən ödənişli futbolçusu sayılıb.[11][13] O, iki dəfə FİFA tərəfindən keçirilən "İlin futbolçusu" mükafatı uğrunda səsvermədə ikinci yer tutub. Bekhem UEFA Çempionlar Liqasında 100 oyun keçirən ilk futbolçu kimi də Britaniya tarixinə düşüb.[13]

2013-cü ildə futbolçu karyerasını bitirib. Viktoriya Bekhemlə evlidir, 4 uşağı var.

Devid Robert Cozef Bekhem 2 may 1975-ci ildə İngiltərənin paytaxtı Londonda anadan olub. Çilingər Devid Edvard Alan və saç ustası Sandra Ceorcina Uestin ailəsində doğulan futbolçu uşaqlıqdan bu sahəyə böyük maraq göstərib. Bekhemin ana atası yəhudi olub. İngilis oyunçu bu səbəbdən özünü yarı yəhudi hesab edir. Bekhemin valideynləri çılğın "Mançester Yunayted" azarkeşi olub və müntəzəm olaraq Old Traffordda gedib. Məhz bu kluba olan sevgisi ona valideynlərindən keçib. Bekhem Bobbi Çarltonun futbol məktəbinə yazılıb və "Barselona"nın təlim-məşqində iştirak edib. O uşaq vaxtı atasının çalışdırdığı Ricuey Rovers klubunda da oynayıb. 14 yaşına çatanda futbolçu "Mançeter Yunayted"in futbol akademiyası ilə müqavilə imzalayıb.[13] O, 1997-ci ildə dünyaca məşhur "Spice Girls" qrupunun üzvlərindən Viktoriya ilə tanış olub və 1999-cu ildə ailə həyatı qurub.[14] 3 oğlu, 1 qızı var.[15] 2005-ci ildə özünün Qrinviç adlı futbol akademiyasını açmışdır.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Mançester Yunayted

[redaktə | mənbəni redaktə et]

1993–2003-cü illərdə "Mançester Yunayted"in heyətində çıxış edib.[16] Bekhem "Mançester Yunayted"in heyətində ilk oyununu 23 sentyabr 1992-ci ildə İngiltərə Kubokunda Brighton klubuna qarşı keçirib.[17] Bu klubun heyətində ilk qolunu 1994-cü ildə UEFA Çempionlar Liqası yarışında Türkiyənin "Qalatasaray" klubuna vurub. Ölkə çempionatında ilk qolunu isə 1995-ci ilin avqustunda Aston Villa klubuna qarşı keçirilən oyunda vurub.[18] İngilis klubunda 265 oyuna 62 qol vurub. O, klubla 6 dəfə ölkə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu qazanıb və UEFA Çempionlar Liqasının qalibi olub.

Preston Nort End (icarə)

[redaktə | mənbəni redaktə et]

Bekhem 1994–1995-ci illərdə "Preston Nort End"də top qovub.[8] Bekhem bu klubda 5 oyun keçirib və 2 qol vurub.

2003-cü ildə Bekhem "Real Madrid" klubuna 35 milyon avro qarşılığında[19] transfer olunub.[20] "Real Madrid"in heyətində 1 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Superkubokunu qazanıb.[11] O, klubun heyətində 116 oyunda 13 qol vurub.

Los-Anceles Qalaksi

[redaktə | mənbəni redaktə et]

Devid Bekhemin 2007-ci ildə ABŞ-nin "Los-Anceles Qalaksi" komandası ilə 5 illik[21] müqavilə bağlayıb. "Los-Anceles"in heyətində 2 dəfə MLS Kubokuna sahib olub.[11] Bu klubun heyətində ingilis yarımmüdafiəçi 6,5 milyon dollar qazanırdı.[22] 2011-ci ilin dekabrında Bekhemin müqaviləsi başa çatıb və o, bu klubla yenidən 2 illik müqavilə imzalayıb.[21] 2011-ci ilin yanvar-fevral aylarında yaranmış fasilə ilə əlaqədar olaraq formasını saxlamaq üçün yenidən öz ölkəsinə qayıtmışdı. Təxminən 6 həftə "Tottenhem Hotspur" klubunda hazırlıq keçmişdi.[23] Bekhemin "Los-Anceles Qalaksi" klubunda son oyunu Houston Dinamo klubu ilə olub. O, bu oyunda son saniyələrdə əvəzlənib. Bu klubun heyətində Devid Bekhem 98 oyun keçirib və 18 qol vurub. 2012-ci ilin əvvəlində "Los-Anceles Qalaksi" klubundan ayrılıb.[24]

"Los-Anceles Qalaksi"də çıxış etdiyi müddətdə Bekhem 2 dəfə 2009, 2010-cu illərdə 3 aylıq[25] İtaliya "Milan"ında icarə əsasında çıxış edib.[7] 2009-cu ildə "Milan"ın heyətində 18 oyun keçirib 2 qol vurub, 2010-cu ildə isə 10 oyun keçirib, qol vurmayıb. Devid Bekhem Milanın heyətində 2 dəfə İtaliya çempionatının bürünc medalını qazanıb.[11]

"Bəli, bu oyun mənim üçün sonuncu idi. Hərçənd çempionatın daha bir turu var. Gəlin baxaq görək vəziyyət necə olacaq. Mən emosiyalarımı və həyəcanımı saxlamağa çalışdım, lakin son 25 dəqiqədə bunu etməyə mənim üçün artıq ağır idi. Partnyorlar mənə elə münasibət göstərdilər ki, guya biz artıq 10 il birlikdə oynayırıq. Mənim dostlarım, mənim ailəm stadionda idilər. Bu xüsusi bir axşam idi"

Los-Anceles Qalaksi klubundan ayrıldıqdan sonra Bekheme "Anji"[26], "Milan"[27], "Arsenal"[28] və başqa klublar[29] müqavilə təklif edib, amma Bekhem 2013-cü ildə Fransanın "Pari Sen-Jermen" klubu ilə beş aylıq[30] müqavilə imzalayıb.[31] "PSJ" futbolçuya 2012-ci ildə 18 aylıq müqavilə qarşılığında 11,6 milyon funt sterlinq təklif etmişdi, lakin həmin vaxt tərəflər razılığa gələ bilməmişdi.[32] Bekhem "PSJ"-dən aldığı maaşı kimsəsiz uşaqlar üçün işləyən yardım qurumlarına bağışlayıb.[33] Bu klubun heyətində Bekhem 1 dəfə Fransa çempionu olub.[11] Karyerasını bu klubda 2013-cü ildə başa vurub. Karyerasında son oyunu 18 may 2013-cü ildə Fransa çempionatında "PSJ" – "Brest" matçı olub. "PSJ"-nin 3–1 hesablı qələbə qazandığı bu oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.[34] Son oyundan sonra Bekhem bu sözləri deyib:[35]

"PSJ" 38 yaşlı oyunçu ilə daha bir ilik müqavilə imzalamaq istəsə də, Bekhem futbol oynamaq istəmədiyini bildirib.[8]

Mənbə:[36][37]

Klub Mövsüm Liqa Ölkə kubok Qitə yarışı Başqa[Qeyd 1] Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Mançester Yunayted 1992/93 0 0 1 0 0 0 0 0 1 0
1993/94 0 0 0 0 0 0 0 0 0 0
1994/95 4 0 5 0 1 1 0 0 10 1
1995/96 33 7 5 1 2 0 0 0 40 8
1996/97 36 8 2 1 10 2 1 1 49 12
1997/98 37 9 4 2 8 0 1 0 50 11
1998/99 34 6 8 1 12 2 1 0 55 9
1999/00 31 6 0 0 12 2 5 0 48 8
2000/01 31 9 2 0 12 0 1 0 46 9
2001/02 28 11 1 0 13 5 1 0 43 16
2002/03 31 6 8 2 13 3 0 0 52 11
Cəmi 265 62 36 7 83 15 10 1 394 85
  Preston Nord End 1994/95 5 2 0 0 - - 0 0 5 2
Cəmi 5 2 0 0 0 0 0 0 5 2
Real Madrid 2003/04 32 3 5 2 7 1 2 1 46 7
2004/05 30 4 0 0 8 0 0 0 38 4
2005/06 31 3 6 1 7 1 0 0 44 5
2006/07 23 3 2 1 6 0 0 0 31 4
Cəmi 116 13 13 4 28 2 2 1 159 20
Los-Anceles Qalaksi 2007 5 0 0 0 2 1 0 0 7 1
2008 25 5 0 0 0 0 2 0 27 5
2009 15 2 0 0 0 0 0 0 15 2
2010 10 2 0 0 0 0 0 0 10 2
2011 30 2 0 0 6 0 0 0 36 2
2012 30 7 0 0 1 1 0 0 31 8
Cəmi 115 18 0 0 9 2 2 0 126 20
  Milan 2008/09 18 2 0 0 2 0 0 0 20 2
2009/10 11 0 0 0 2 0 0 0 13 0
Cəmi 29 2 0 0 4 0 0 0 33 2
Pari Sen-Jermen 2012/13 10 0 2 0 2 0 0 0 14 0
Cəmi 10 0 2 0 2 0 0 0 14 0
Cəmi 540 97 51 11 126 19 14 2 731 129

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]
Bekhem kapitan kimi İngiltərənin heyətində

Devid Bekhem İngiltərə milli futbol komandasının heyətində ilk oyunu 1 sentyabr 1996-cı ildə Moldovaya qarşı keçirmişdir.[38] Devid Bekhem İngiltərə yığmasının heyətində 2010-cu il dünya çempionatında zədələndiyi üçün iştirak edə bilməmişdi.[39] Buna baxmayaraq Bekhem İngiltərə yığmasına dəstək olmaq üçün 2010-cu ildə Cənubi Afrikada təşkil olunan Dünya Çempionatına getmişdi.[40] Mundialdan sonra futbolçu öz oyunu ilə layiq olduğu vaxt yığmaya dəvət almaq istədiyini söyləyib, amma 2010-cu ilin avqustunda Fabio Kapello Devid Bekhemin İngiltərə millisində çıxış etmək üçün çox yaşlı olduğunu açıqlayıb. İtaliyalı mütəxəssisin fikrincə, 35 yaşlı yarımmüdafiəçininnin yığmada gələcəyi yoxdur.[41] Devid Bekhem 2012-ci ildə Londonda təşkil olunan Yay Olimpiya Oyunlarında İngiltərə millisinin heyətində oynamaq istəyirdi.[40] Olimpiya oyunları üçün baş məşqçi Stüart Pirs Bekhemin də daxil olduğu 80 futbolçu arasından seçim etdi.[42] Lakin Bekhem Olimpiya millisinin heyətinə düşə bilmədi.[43] Devid Bekhem İngiltərə yığmasında 115 oyunda 17 qola imza atıb.[44] Bekhem yığmanın heyətində son matçına 2009-cu ilin oktyabr ayında İngiltərənin Belarusu 3:0 hesabı ilə məğlub etdiyi[45] qarşılaşmada çıxıb.[46] 2000–2006-cı illərdə 58 matçda İngiltərə yığmasının kapitanlığını edib.[47]

Milli komandada vurduğu qollar

[redaktə | mənbəni redaktə et]
# Tarix Yer Rəqib Hesab Nəticə Yarış Mənbə
1 26 iyun 1998 Feliks Bolart stadionu, Lans Kolumbiya Kolumbiya 2–0 2–0 FİFA Dünya Kuboku 1998 [48]
2 24 mart 2001 Enfild, Liverpul Finlandiya Finlandiya 2–1 2–1 2002 FİFA Dünya Kuboku seçmə oyunları [49]
3 25 may 2001 Prayd Park, Derbi Meksika Meksika 3–0 4–0 Yoldaşlıq görüşü [50]
4 6 iyun 2001 Olimpiya stadionu, Afina Yunanıstan Yunanıstan 2–0 2–0 2002 FİFA Dünya Kuboku seçmə oyunları [51]
5 6 oktyabr 2001 Old Trafford, Mançester Yunanıstan Yunanıstan 2–2 2–2 2002 FİFA Dünya Kuboku seçmə oyunları [52]
6 10 noyabr 2001 Old Trafford, Mançester İsveç İsveç 1–0 1–1 Yoldaşlıq görüşü [53]
7 7 iyun 2002 Sapporo Doum, Sapporo Argentina Argentina 1–0 1–0 FİFA Dünya Kuboku 2002 [54]
8 12 oktyabr 2002 Tehelne pole, Bratislava Slovakiya Slovakiya 1–1 2–1 UEFA Avropa Kuboku seçmə oyuları [55]
9 16 oktyabr 2002 Sent Meris Stadionu, Sauthempton Şimali Makedoniya Makedoniya 1–1 2–2 UEFA Avropa Kuboku seçmə oyuları [56]
10 29 mart 2003 Reynpark Stadionu, Vaduts Lixtenşteyn Lixtenşteyn 2–0 2–0 UEFA Avropa Kuboku seçmə oyuları [57]
11 2 aprel 2003 Stadion of Layt, Sanderlend Türkiyə Türkiyə 2–0 2–0 UEFA Avropa Kuboku seçmə oyunları [58]
12 20 avqust 2003 Portman Road, İpsuiç Xorvatiya Xorvatiya 1–0 3–1 Yoldaşlıq görüşü [59]
13 6 sentyabr 2003 II Filip Beynəlxalq Arena, Skopye Şimali Makedoniya Makedoniya 2–1 2–1 UEFA Avropa Kuboku seçmə oyuları [60]
14 18 avqust 2004 Sent Ceyms Park, Nyukasl Ukrayna Ukrayna 1–0 3–0 Yoldaşlıq görüşü [61]
15 9 oktyabr 2004 Old Trafford, Mançester Uels Uels 2–0 2–0 FİFA Dünya Kuboku 2006 seçmə oyunları [62]
16 30 mart 2005 Sent Ceyms Park, Nyukasl Azərbaycan Azərbaycan 2–0 2–0 FİFA Dünya Kuboku 2006 seçmə oyunları [63]
17 25 iyun 2006 Mercedes-Benz Arena, Ştutqart Ekvador Ekvador 1–0 1–0 FİFA Dünya Kuboku 2006 [64]

[65][66][67]

İngiltərə milli komandası
İl Oyun Qol
1996 3 0
1997 9 0
1998 8 1
1999 7 0
2000 10 0
2001 10 5
2002 9 3
2003 9 4
2004 12 2
2005 9 1
2006 8 1
2007 5 0
2008 8 0
2009 8 0
Cəmi 115 17
İngiltərə Mançester Yunayted
İspaniya Real Madrid
ABŞ Los-Anceles Qalaksi
  • MLS Kuboku (2): 2011, 2012
  • MLS Supporters Shield (2): 2010, 2011
  • MLS Qərb Konfransı
    • Qalib (Dövrəli çempionat) (3): 2009, 2010, 2011
    • Qalib (Pley offlar) (3): 2009, 2011, 2012
Fransa Pari Sen-Jermen
  • Ligue 1 (1): 2012–13
İngiltərə İngiltərə
  • Turdir de Frans: 1997
  • FA Yay Turniri: 2004
  • İngiltərə Premyer Liqası Ayın oyunçusu (1): avqust 1996
  • İngiltərədə ilin gənc oyunçusu (1): 1996–97
  • Futbol yazıçıları birliyi mükafatı: 2008
  • Sir Matt Basbi İlin oyunçusu (1): 1996–97
  • İngiltərədə ilin oyunçusu: 2003
  • UEFA ilin oyunçusu (1): 1998–99
  • UEFA ilin yarımmüdafiəçisi (1): 1998–99
  • Premyer Liqada 10 mövsüm mükafatı (1992-93-2001-02):
    • Onilliyin komandası
    • Onilliyin qoli (Uimledon, 17 avqust 1996)
  • BBC ilin idmançısı (1): 2001
  • UEFA ilin komandası: 2001, 2003
  • Real Madriddə ilin oyunçusu (1): 2005–2006
  • İngiltərədə ilin komandası (4): 1996–97,1997–98,1998–99,1999–2000
  • FİFA 100[68]
  • ESPY mükafatları – İlin kişi futbol oyunçusu: 2004[69]
  • ESPY mükafatları – Ən yaxşı MLS oyunçusu: 2008[69]
  • İngiltərə futbolu şərəf zalı: 2008
  • BBC ilin idman adamı (1): 2010[70]
  • MLS ilin qayıdışı mükafatı (1): 2011[71]
  • MLS ən yaxşı 11-lik: 2011
  • ESPY mükafatları: Ən yaxşı MLS oyunçusu: 2011

Digər mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • II Elizabet tərəfindən Britaniya imperiyasının zabiti mükafatı: 2003
  • UNICEF-in xoşməramlı səfiri (2005–hal hazırda)
  • "Britaniyanın ən böyük səfiri" – Dahi ingilislər mükafatı[72]
  • 100 Məşhur reytinqində 15-ci – Forbes, 2007[73]
  • Böyük Britaniyada 40 yaşına çatmamış ən nüfuzlu 40 kişi arasında 1-ci[74]Arena, 2007
  • Ən nüfuzlu 100 adam, Time jurnalının versiyasına görə: 2008[75]
  • Qızıl Blue Peter nişanı qalibi, 2001
  • Do Something atlet mükafatı, 2011[76]
  • Dörd müxtəlif ölkədə çempion olan ilk ingilis oyunçudur (İngiltərə, İspaniya, ABŞ, Fransa);
  • Üç dünya çempionatında qol vuran ilk ingilis oyunçudur;
  • Çempionlar liqasında 100 oyun oynayan ilk britaniyalı futbolçudur;
  • Avropa çempionatları finalları tarixində ən çox məhsuldar ötürmə edən oyunçudur;
  • İngiltərənin Dünya çempionatından son qələbəsindən sonra Dünya çempionatlarında ən çox forma geyinən oyunçudur;
  • İngiltərə Premyer Liqası tarixində ən çox məhsuldar ötürmə edən 3-cü oyunçudur.[77]

Futboldan kənar fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Bekhem 2009-cu ildə

Bekhem futbolçu olduğu vaxtda "Qol", "Qol2", "Bekhem kimi oyna" və "Zidan — 21-ci əsrin portreti" və "Real" sənədli filmlərində çəkilib.[78] Devid Bekhem Elton Con QİÇS Fondunun himayədarlarından biridir.[79] 17 yanvar 2007-ci ildə Bekhem xərçəng xəstəliyindən əziyyət çəkən 19 yaşlı kanadalı Rebeka Constona zəng edib və daha sonra ona Real Madridin imzalı formasını göndərib.[80] Bekhem həmçinin UNİCEF-in xoşməramlı səfiridir.[81]

Bekhemin bədənində ilk döymə 1999-cu ildə müşahidə olunmuşdu. Spice Girlsun sabiq solisti Viktoriya ilə nikahdan ilk oğlu Bruklin anadan olanda o, oğlunun adını qotik xətlə belinə yazdırmışdı. Daha sonra isə tatuların sayı sürətlə artdı.[82] Onun bədənində digər oğullarının, həyat yoldaşı Viktoriyanın hind dilində yazılmış adı var. Viktoriya ilə toyunun ildönümündə Devid sağ çiyninə yəhudi dilində daha bir fraza əlavə edir:אני לדודי ודודי לי הרעה בשושנים (azərb. Bu qadın mənə məxsusdu, mən isə o qadına məxsusam‎).[83]

  1. 1 2 "David Beckham LA Galaxy". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-10.
  2. 6 fut 1 düym = 185 santimetr
  3. 170 funt = 77 kiloqram
  4. http://www.transfermarkt.co.uk/david-beckham/profil/spieler/3139.
  5. David Beckham // Transfermarkt (çd.). 2000.
  6. Çex Milli Hakimiyyət Məlumat bazası.
  7. 1 2 "Devid Bekhem Fransa klubu ilə anlaşdı". Qol.az. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2011.
  8. 1 2 3 "Devid Bekhem futbolçu karyerasını başa vurdu". Apasport.az. İstifadə tarixi: 16 may 2013.[ölü keçid]
  9. "Beckham's England dream realised". BBC Sport. 10 noyabr 2000. 2021-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Sentyabr 2008.
  10. "Beckham quits as England captain". BBC Sport. 2 iyul 2006. 2009-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2008.
  11. 1 2 3 4 5 6 "Rauf Mehdiyev, Devid Bekhem, Aleks Ferqyuson və "mavi" Rocer". Lent.az. 2013-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2013.
  12. "ƏN ÇOX QAZANAN FUTBOLÇU KİMDİ?". Futbolpress.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2011.
  13. 1 2 3 "Devid Bekhem: dünənindən və bugünündən". Sportal.az. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2013.
  14. "Bekhem əfsanəsi bitdi". Fanat.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2013.
  15. "Devid Bekhem növbəti dəfə ata oldu". Qol.az. 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2013.
  16. "Bekhem düşmənlərinin arzusunu ürəyində qoydu". 2014-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  17. "David Beckham - Legend". 2011-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  18. "DAVİD BECKHAM". 2016-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  19. "Devid Bekhem karyerasına nöqtə qoydu". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  20. "Əfsanə ilə vida: Bekhem son oyununa çıxdı". 2014-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  21. 1 2 "Devid Bekhem daha iki il ABŞ-də oynayacaq". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  22. "ÖLKƏ ÇEMPİONATINDA ƏN ÇOX QAZANAN KİMDİ?". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  23. "Devid Bekhem "Tottenhem"dən ayrılır". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  24. "Bekhem "Los Angeles Qalaksi" ilə vidalaşdı (VİDEO)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  25. "Devid Bekhem "Tottenhem"də". 2014-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-10.
  26. "Devid Bekhem Rusiya klubuna transfer olunur". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  27. "Devid Bekhem "Milan"da". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  28. "Devid Bekhem "Arsenal"da". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  29. "Devid Bekhem rəsmən PSJ-də". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  30. "Devid Bekhem Pari Sen-Jermen klubu ilə qısamüddətli müqavilə imzalayıb". 2013-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  31. "Bekhem rəsmən PSJ-də". 2016-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  32. "BEKHEM 11,6 MİLYON FUNTU RƏDD ETDİ". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  33. "Devid Bekhemdən görünməmiş jest". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  34. Bekhem böyük futbolu göz yaşları içində tərk etdi (FOTOLAR) [ölü keçid]
  35. "Devid Bekxem öz son rəsmi oyununu keçirib". 2013-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
  36. "David Beckham". Stretfordend.co.uk. 2016-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  37. "David Beckham". MLSsoccer.com. 2012-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  38. "Moldova 0 – England 3". englandstats.com. 2011-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2007.
  39. "Devid Bekhem yenidən yaşıl meydanlara qayıdır". 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  40. 1 2 "BEKHEMİN SON İSTƏYİ". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  41. "Devid Bekhem millidəki vida matçından imtina etdi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  42. "DEVİD BEKHEM YENİDƏN MİLLİDƏ". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  43. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
  44. "Daha bir ulduz futboldan getdi". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  45. Bekhemin "kitabı bağlandı" [ölü keçid]
  46. "Devid Bekhem London-2012-də". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  47. "Bekhemdən dünyanı şoka salan qərar". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  48. "1998 FIFA World Cup France". FİFA. 2010-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  49. "2002 FIFA World Cup Korea/Japan". FİFA. 2010-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  50. "Arxivlənmiş surət". 2010-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  51. "2002 FIFA World Cup Korea/Japan". FİFA. 2010-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  52. "2002 FIFA World Cup Korea/Japan". FİFA. 2009-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  53. "Arxivlənmiş surət". 2017-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  54. "2002 FIFA World Cup Korea/Japan". FİFA. 2009-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  55. "Arxivlənmiş surət". 2010-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  56. "Arxivlənmiş surət". 2017-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  57. "Arxivlənmiş surət". 2017-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  58. "Arxivlənmiş surət". 2010-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  59. "Arxivlənmiş surət". 2009-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  60. "Arxivlənmiş surət". 2010-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  61. "Arxivlənmiş surət". 2009-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  62. "2006 FIFA World Cup Germany". FİFA. 2009-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  63. "2006 FIFA World Cup Germany". FİFA. 2009-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  64. "2006 FIFA World Cup Germany". FİFA. 2010-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  65. "Devid Bekhem - National Footbal Teams". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  66. "David Robert Joseph Beckham – Century of International Appearances". Rec.Sport.Soccer Statistics Foundation. 29 oktyabr 2009. 2012-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  67. "David Beckham Bio, Stats, News – Football/Soccer – – ESPN Soccernet". ESPN Soccernet. 2012-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  68. "FIFA's top 100 list". Rediff.com. 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2008.
  69. 1 2 "ESPYS 2008". ESPN. 2015-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2008.
  70. "Beckham wins BBC lifetime award". BBC Sport. 18 dekab 2010. 2010-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  71. "LA's Beckham named Comeback Player of the Year". MLS. 14 noyabr 2011. 2015-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  72. "Arxivlənmiş surət". 2012-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  73. "The Celebrity 100". Forbes. 14 iyun 2007. 2009-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2007.
  74. "Britain's original style magazine – for men". Arena. 2008-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2008.
  75. "David Beckham: Soccer's Metrosexual". Time. 2009-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  76. "David Beckham: Do Something Athlete Award Winner!". 2011-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2012.
  77. "All Time Player Records". Premiersoccerstats.com. 13 avqust 2010. 2013-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2012.
  78. "Bekhem aktyor oldu". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  79. "Elton John AIDS Foundation patrons". Ejaf.com. 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2012.
  80. Radley, Scott. "To Rebecca, with love". Toronto Star. 26 yanvar 2007. 2009-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2007.
  81. "David Beckham". 2016-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.
  82. "Devid Bekhem: döymə sərgili bədən - FOTO". 2014-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-08.
  83. "Bekhemin döymələri: hərəsinin öz səbəbi, hərəsinin öz mənası". 2013-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
İdman titulları
Əvvəlki:
Alan Şirer
İngiltərə komandası kapitanı
Noyabr 2000-2006
Sonrakı:
Con Teri
Əvvəlki:
Landon Donovan
Los-Anceles Qalaksi kapitanı
2007-2008
Sonrakı:
Landon Donovan