Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, (), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır:
burada Yunan hərfi fi () qızıl bölgünü bildirir və onun dəyəri:
XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur.
Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Misirlilər Xeops piramidasinin inşasında həm Pi həm də PHİ nisbətindən istifadə etmişdirlər. Yunanlar Parthenonun bütün dizaynını Qızıl nisbətə uyğun şəkildə çəkmişdirlər.Bu nisbəti məşhur Yunan heykəltaraşı Parthenonun bütün əsərlərində istifadə etmişdir.
Leonardo Fibonacci adlı İtalyan riyaziyyatcı "Fibonacci rəqəmləri" adlı rəqəmlərin müəyyən sıralamasını kəşf etmişdir. Leonardo Da Vinçi 1509-cu ildə Luca Paciolunun dərc etdiyi "İlahi Nisbət" adlı rəsmləri verilmişdir. Bu kitabda Leonardo Da Vinçi tərəfindən hazırlanmış Five Platonic Solids (beş platonik cism) adlı rəsmlər mövcuddur. Bunlar eyniylə bir kub, bir tetrahedron, bir dodekahedron, bir oktahedron və bir ikosahedronun rəsmləridir.
Qızıl nisbətin latın dilində ilk istifadə edən böyük ehtimalla Leonardo Da Vinçidir. Renensans dövrünün rəssamları rəsmlərində və heykəllərində tarazlıq və gözəlliyi əldə etmək üçün Qızıl Bölgünü çox vaxt istifadə etmişdirlər. Jahanes Kepler(1571–1630) Qızıl bölgünü belə ifadə etmişdir :"Geometriyanın iki böyük xəzinəsi vardır; biri Pifaqor teoriyası, o biri bir xəttin Qızıl bölgüyə görə bölünməsidir". Bu nisbəti görsətmək üçün Parthenon’un memarı və bu bölgünü ilk istifadə edən Phidiasa həsr edərək 1900-cü illərdə Yunan əlifbasındaki PHİ hərfini amerikalı riyaziyyatcı Mark Barr istifadə etmişdir. Eyni zamanda Yunan əlifbasındaki qarşılığı F hərfi də Fibonaccinin ilk hərfidir.