Qızıl qətliamı

Qızıl qətliamı və ya Qızıl qırğını — 1933-cü ilin iyun ayında Şərqi Türkistan İslam Respublikasının uyğurqırğız döyüşçülərinin yeni şəhər olan Yarkənddən Qaşqara doğru geri çəkilən hanlılardan ibarət Çin əsgərləri və huey əsgərlərinə hücum etməmək haqda müqaviləni pozduqları zaman baş vermişdir.[1] Təxminən 800 huey və Çin əsgəri öldürülmüşdür.[2]

Qızıl qətliamı
Çin vətəndaş müharibəsi, Kumul üsyanı
Tarix 1933-cü il iyun
Yeri Çin Respublikası
Şərqi Türkistan İslam Respublikası, Yarkənddən Qaşqara gedən yolda
Nəticəsi 800 huey və Çin əsgəri öldürülmüşdür
Münaqişə tərəfləri

Uyğurqırğız üsyançılar

Hueylər
Çin Respublikası əsgərləri

İtkilər

bilinmir

800 ölü

Huey və çinlilər Qızıl qırğınının intiqamını almaq üçün ertəsi il Qaşqar döyüşündə (1934-cü il) bir neçə min uyğur və qırğızı qətlə yetirmişdilər.

  1. Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911–1949. Cambridge, England: CUP Archive. 1986. səh. 88. ISBN 0-521-25514-7. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
  2. Lars-Erik Nyman. Great Britain and Chinese, Russian and Japanese interests in Sinkiang, 1918–1934. Stockholm: Esselte studium. 1977. 111 & 113. ISBN 91-24-27287-6. 2013-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.