Qızıl qapı (Avstraliyada bu ad ilə tanınır) 2009-cu ilin sonu və ya 2010-cu ilin əvvəllərində regiondan asılı olaraq müxtəlif adlarda buraxılmış video-film formatında olan 2009-cu il istehsalı olan Amerika romantik komediya filmidir.
Qızıl qapı | |
---|---|
ing. Falling Up | |
Janr | romantik film[1], dram filmi[1], romantik komediya |
Baş rollarda |
|
Bəstəkar |
|
Distribütor | Netflix |
İlk baxış tarixi |
29 sentyabr 2009 (Avstraliya) 5 yanvar 2010 (ABŞ) |
Müddət | 98 dəqiqə |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID1084955 |
Atasının qəfil ölümündən sonra özünü ailəsinin “başçısı” olduğunu görən tibb qardaşı tələbəsi Henri O'Şi (Cozef Kross), anasını saxlamaq üçün məktəbdən məzuniyyət götürür və Nyu-Yorkda qapıçı kimi işə düzəlir. Keçmiş tibb qardaşı tələbəsi olan, Henri tibbi biliklərini bəzi çətin vəziyyətlərdə işlədiyi binanın sakinlərindən birinin qızı olan Skarlettə (Sarah Roemer) göstərmək imkanı əldə edir. Henri Skarletin sevgilisini həddindən artıq narkotik dozasının ölüm təhlükəsindən xilas etdikdən sonra, Skarlet bu köməyinə görə ona təşəkkür etmək üçün onu görüşə dəvət edir və beləliklə də onlar arasında əlaqələr yaranır. Qısa müddətdən sonra Skarletin anası (Mimi Rogers) təsadüfən Skarletin rəqəmsal kamerasına baxır və kamerada onların birlikdə çəkdirmiş olduqları şəkillərini tapır. O, dərhal Henrinin müdirinə zəng edir və Henrini işdən çıxartdırır.
Skarlet bunu biləndə anasına nəsihət verir və həyatda hansı mövqedən olursa olsun, istədiyi adamla görüşəcəyini vəd edir. O, Henrini tapmağa çalışır, lakin bu işdə müvəffəqiyyət qazana bilmir. Henrinin bacısı Keyt binanın foyesində görünür və Skarletlə şəhər gəzintisinə çıxmaq və bu gəzinti əsnasında Skarletlə danışmaq üçün Skarleti görüşə dəvət edir və beləliklə onlar bu görüş zamanı Henrinin işi və gələcəyini müzakirə edirlər.
Bu vaxt Henri anasının şəhərdə seks mağazasında işlədiyini öyrənir. O anasının seçdiyi bu işdən qorxarkən, Skarlet gözlənilmədən meydana çıxır və ilk görüşə başladıqları zaman yaratmış olduqları işi yenidən alovlandırmağa çalışır. Henri isə onunkundan fərqli olan sosial-iqtisadi vəziyyətinə görə Skarletin onun üçün çox olduğunu bildirərək onunla görüşü rədd edir.
Çox keçmədən Henri şəhəri gəzərkən həyatdakı mövqeyi, özünün dəyəri və ailəsinin dəyəri haqqında olan şəxsi fikirlərini, eyni zamanda bu haqda anasının söyləmiş olduğu fikirləri təhlil edir və öz fikirlərindən kədərlənir, eyni zamanda da Skarletə qarşı səhv etdiyini başa düşür. O, Skarletin yaşadığı binanın qeydiyyat məntəqəsinə gedir və burada Raul (başqa qapıçı, Snup Doqqun tərəfindən canlandırılmışdır) ona Skarletin ailəsi ilə birlikdə şəhərdəki kluba getdiyini bildirir.
Qapıçı tərəfindən girişinə icazə verilmədikdən sonra o, gizlicə kluba daxil olur və Skarlet ilə görüşmək üçün aşpaz kimi geyinir. Klubda bir qarışıqlıq səhnəsinin yaranmasına səbəb olduqdan sonra o, Skarletə “biz daima birlikdə olmalıyıq, biz bir-birimizə aidik” deyərək qızı həyəcanlandırır və bu sözlərdən sonra Skarlet onunla birlikdə klubdan ayrılır.