Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan.
Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir.
Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.