Qızılgül mənənəsi (lat. Macrosiphum rosae L.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ.
Qızılgül mənənəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Qızılgül mənənəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici əsasən qızılgül cinsindən olan bəzək bitkilərinə zərər verir, onların gövdə qabıqlarında və zoğların aşağı səthində çoxlu sayda topalarla yaşayırlar.[1]
Bitkinin yeni açılmış çiçəkləri və cavan zoğları ilə qidalanırlar. Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə, havanın orta günlük temperaturu 15–16o C olduqda başa çatır. Sürfənin, yaşlı fərd mərhələsinə keçməsi üçün 16–30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində də rast gəlmək mümkündür. Daimi növ olduğuna görə, mövsümdən asılı olaraq, bitkilərin üzərində daha çox rast gəlinir. Yumurta qoyan dişilərdə nəsilvermə qabiliyyəti yüksəkdir. Yumurtaların sayı-13–18-ə çatır. Onlar yumurtalarını zoğların aşağı tərəflərinə, kölgəyə yaxın yerlərə qoyurlar. Yumurtaların inkişafı üçün optimal temperatur 25–280 °C hesab olunur. Qışlama dövrü yumurta mərhələsində keçir. İl ərzində 8–9 nəsil verir.[1] Abşeronda həyətyanı sahələrdə becərilən qızılgül kollarının ən qorxulu zərərvericisi hesab edilməklə, ifraz etdiyi mayenin əmələ gətirdiyi his göbələyi də bu gül kollarına ciddi zərər verir.
Avropa, Keçmiş SSRİ-nin hər bir vilayəti, Orta Asiya, Qazaxıstan, Gürcüstanda, Azərbaycanda isə Abşeronun Bakı şəhəri və ətraf qəsəbələrində, introduksiya olunmuş bəzək bitkiləri üzərində, Botanika bağında, Şəhidlər Xiyabanında, Milli parkda, Mərdəkanda, Bilgəhdə xüsusilə həyətyanı sahələrdə əkilmiş bəzək bitkilərində rast gəlinir.