Qızılirmaq deltası

Qızılırmak deltası

Qızılirmak deltası — kifayət qədər geniş ərazini əhatə edən və bataqlıqlaşmış ərazi. Türkiyənin Qaradəniz bölgəsində Qızılirmaq çayının məsəbində yerləşir.[1] Ramsar konvensiyasına[2] və ya su-bataqlıq sahələri üzrə konvensiyaya görə Qızılırmak deltası su quşları ilə zənginliyi səbəbindən beynəlxalq əhəmiyyətə malikdir[3] Deltanın düzənlik sahələri kənd təsərrüfatına gəlb edilmişdir.[4] Delta bitki və quşlar aləminin rəngarəngliyi baxımından böyük əhəmiyyət daşıyır[5]

Delta qorunan bölgə elan edilmişdir. Deltanın sahəsi 56000 hektardır. Lil və qumla əhatələnmiş göllər vardır. Bunlara misal kimi Bafra, Balık və Gellari göstərmək olar. Bataqlaşmış sahələr dənizdən qum dyunləri ilə ayrılır.[6] Qum dyunları bəzən 7-8 metrə çatır.

Qızılırmak çayının sxemi, 1923 il

Deltanın təbii şəraiti dənizə yaxınlığı, meşələr, bataqlıqlar, dyunlar, qamışlıq, çay qolları və göllərlə səciyəvidir. Zəngin canlılar aləminə malikdir. Delata olan ən iri göllər Qaraboğaz, Çerri, Harbor və Qizi əsasən şorsuludur. Bu göllərin dərinliyi əsasən 1,5 metrdir. Yaz ayları yağıntənın bolluğu ilə əlaqədar axmazlar arasında əlaqə yenidən bərpa edilir.

Bitkilər aləmi

[redaktə | mənbəni redaktə et]

Bölgədə bitkilərdən İrimeyvə çiyələk ağacı, dəfnə, qamış, Rododendron Şümşad, Söyüd, Adi zoğal, Ağcaqayın, Mərcanı, Südləyən, Süpürgəotu və sair bitkilər bitir.

Deltada 1100 növ quş yaşayır. Onlardan bir qismi qırmızı kitaba daxil edilmişdir. Məsələn Cırtdan qarabatdaq, məzar qartalı və s. Quşların bir qişmi bölgəyə qışlamaq məqsədi ilə gəlir. Bölgədə Ağ leylək,[7] qara leylək, boz ördək, qırmızı qalğıc, kiçik qartal, Qıvrımlələk qutan, Göydimdik və b. yaşayır.

Deltada nərəkimilərə aid olan qızılırmak afaniusu[8] çay boyunca axına qarşı üzə bilirlər.[9]

  1. "38 Black Sea wetlands to visit" (PDF). 2014-04-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  2. "Ramsar Sites Information Service". 2014-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  3. "Ramsar Sites of Turkey" (PDF). 2014-04-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-21.
  4. http://arxiv.org/pdf/q-bio/0603022v1.pdf%7Ctitle=ECOSYSTEMS IN THE MIND: FUZZY COGNITIVE MAPS OF THE KIZILIRMAK DELTA WETLANDS IN TURKEY|publisher=Erciyes University
  5. "Arxivlənmiş surət". 2014-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  6. http://www.medwelljournals.com/fulltext/?doi=javaa.2010.2132.2139}}
  7. "Nesting habits and breeding success of the White Stork, Ciconia ciconia, in the Kızılırmak delta, Turkey". doi:10.1080/09397140.2012.10648959. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
  8. http://www.srars.org/aphanius/aphanius_danfordii_ru.pdf
  9. "Biological Data Derived from Sturgeon ( Acipenser stellatus , Acipenser gueldenstaedtii and Huso huso ) by-catch along the Coasts of the Southern Black Sea (Turkey)" (PDF). 2014-04-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-04-21.