Südləyən

Südləyən (lat. Euphorbia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.

Südləyən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ağaclar kollar və ya ot bitkiləri olub, sadə və ya mürəkkəb, çox hallarda yarpaqaltlıqları olan yarpaqlara malikdirlər. Çiçəkləri bircinslidir, çox az hallarda ikicinslidir, adətən ləçəksizdir, nadirən ikiqat çiçəkyanlıqdır və ya tamamilə çiçəkyanlığı yoxdur. Erkəkciklər sərbəstdir və ya az və ya çox dərəcədə sapları ilə bitişmişlər.

Ginesey adətən 3 meyvəyarpaqcığından əmələ gəlmişdir, yumurtalıq adətən üstdür. Meyvələri qutucuqdur, nadir hallarda giləmeyvə və ya çəyirdəkmeyvədir. Sıraya 4 fəsilə aiddir ki, onlardan da südləyən fəsiləsi tibbi əhəmiyyətə malikdir.

Südləyən fəsiləsinə əsasən Afrika, Cənubi Amerika və Cənubi və Cənub Şərqi Asiyanın tropik və subtropik zonalarında yayılan 300-ə qədər cins daxildir. Həyat formaları son dərəcə rəngarəngdir. Ağac kol və lianlarla yanaşı kaktuslara bənzəyən gövdəli sukkulentlər, su bitkiləri və otlar da təsadüf edilirlər. Fəsilənin nümayəndələrinin təqribən 1/3-də bəzən zəhərli olan südəbənzər şirə (lateks) vardır. Yarpaqlar növbəlidir, bəzən qarşılıqlı və ya topa şəklində yerləşmişlər, sadədirlər, nadirən mürəkkəb olub, yarpaqaltlığına malikdirlər, bəzən də tikanlara çevrilmişlər. Çiçəklər ayrıcinslidir, aktinomorfdur, çətirşəkilli süpürgəyəbənzər və ya sünbülşəkilli çiçəkqrupunda toplanmışlar. Birevli və ya ikievli bitkilərdir. Çiçəkyanlığı zəif inkişaf etmişdir, əksərən kasacığabənzərdir, nadirən ikiqatdır, beşüzvlüdür. Erkək çiçəklərdə erkəkciklərin sayı birdən qeyri-müəyyən saya qədərdir. Dişi çiçəyin gineseyi bitişmiş 3 ədəd meyvə yarpağından təşkil olunmuşdur, sütuncuqlar sərbəstdir və ya əsasında bitişmişlər, əksərən ikidilimlidirlər, hər sütüncuqda 1 neçə dişicikağızı ola bilər. Meyvəsi senokarpdır. Toxumlar xeyli iridir, zəngin endospermə və düzquruluşlu rüşeymə malikdirlər.

Fəsilənin nümayəndələrindən Braziliya heveyasını (lat. Hevea brasiliensis) və südləyənin (lat. Euphorbia) çox sayda növlərini göstərmək olar. Braziliya heveyasının südəbənzər şirəsindən kauçuk alırlar, südləyənin növləri isə bəzək bitkisi kimi bəzən becərilirlər. Gənəgərçək və sekurineqa bitkiləri tibbi əhəmiyyətə malikdirlər.

Adi gənəgərçək (lat. Ricinus comunis) öz vətənində (Afrikada) ağac bitkisidir. Azərbaycanda iri birillik ot bitkisi kimi becərilir. Budaqlı göyümtül və ya qırmızımtıl rəngli, dirsəkli, içərisi boş gövdələri və növəli düzülmüş barmaqvari yarılmış uzunsaplaqlı yarpaqları vardır.

Çiçəkqrupu salxımşəkillidir. Çiçəkləri bircinsli, birevlidir, erkək çiçəkləri salxımın aşağısında dişi çiçəkləri isə yuxarısında yerləşmişdir. Çiçəkyanlığı sadədir, 3-5 ədəd yaşılımtıl yarpaqcıqlardan ibarətdir. Meyvəsi üzəri tikanlarla örtülmüş üçtaylı, üçtoxumlu qutucuqdan ibarətdir. Toxumları zəhərlidir, onların tərkibində işlədici vasitə kimi tətbiq edilən gənəgərçək yağı vardır. Gənəgərçək yağının nisbətən pis çeşidləri motorların yağlanmasında surtkü yağları kimi, sabun və əlif istehsalında, toxumların cecesi isə azotlu gübrə kimi və kley hazırlanmasında istifadə olunur

  • Chamaesyce
  • Elaeophorbia
  • Endadenium
  • Monadenium
  • Synadenium
  • Pedilanthus