Filmdə Kinq adlı şirin insanlarla dostluğundan danışılır. Şir uşaq çarpayısında yatır, uşaqlarla birgə bir masa arxasında nahar edir, sonra onlar səyahətə çıxırlar, hətta "ov" oyununu oynayırlar. Xəstə şirə iynə vurulması filmin maraqlı epizodlarından biridir.
Qız, oğlan və şir | |
---|---|
Fayl:Qız, oğlan və şir (film, 1974).jpg | |
Janr | macəra |
Rejissor | Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) |
Ssenari müəllifləri |
Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) L.Berberov N.Berberova |
Operator | Çingiz Rəhimli (Çingiz Rəhimov kimi) |
Bəstəkar | Oqtay Rəcəbov |
Rəssam | Elçin Axundov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1974 |
Filmin növü | qısametrajlı bədii-sənədli televiziya filmi |
Müddət | 30,5 dəq. |
Ölkə | SSRİ |
İl | 1974 |
Texniki məlumatlar |
3 hissə 835 metr 35 mm |
Rəng | rəngli |
Filmin finalında biz Kinqi rejissor Eldar Ryazanovun məşhur kinokomediyasında görürük.
Filmdə Berberovlar ailəsi çəkilmişdir. Burada "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" kinofilmindən Kinq adlı şirlə bağlı fraqmentdən istifadə olunmuşdur.