Kinq (azərb. Kral; d. 1967, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 25 iyul 1973, Moskva, Rusiya SFSR, SSRİ) – Azərbaycan SSR-də Bərbərovlar ailəsi tərəfindən saxlanılan erkək şir. Kinq müxtəlif filmlərdə də çəkilmişdir: "İtalyanların Rusiyada ağlasığmaz macəraları", "Qız, oğlan və şir", "Şir evdən getdi". Sakit təbiəti və itaətkarlığı ilə seçilən Kinq 1974-cü ildə Moskvada yaratdığı panika zamanı öldürülmüşdü.
Kinq | |
---|---|
Məlumatlar | |
Növü | Şir (Panthera leo) |
Cinsiyyəti | erkək |
Doğum tarixi | 1967 |
Doğum yeri | Bakı zooparkı |
Ölüm tarixi | 25 iyul 1973 |
Ölüm yeri | Moskva, SSRİ |
Tanınmış rolu | aktyor |
Tanınır | "İtalyanların Rusiyada ağlasığmaz macəraları" |
Sahibi | Bərbərovlar ailəsi |
Çəkisi | təx. 200 kq |
Nina Bərbərova
Bakıdakı mənzillərində vəhşi heyvanlar, şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi.
Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir. Heyvanlara xüsusi sevgisi olan Lev Lvoviç xanımının sözünü yerə salmır və zoopark işçilərinin icazəsi ilə şir balasını mənzillərinə gətirir. Tezliklə bütün ailənin sevimlisinə çevrilən şirə Kinq yəni Kral adı verilir.[1]
Kinq sakit təbiəti ilə seçilirdi və heç bir halda ətrafa aqressiya nümayiş etdirmirdi. Hər gün göz önündə böyüyən Kinq artıq 1 ildən sonra iri cüssəli məğrur şirə çevrilir. Bu zaman artıq o südlə deyil, ətlə qidalanmağa başlayır. 24 saat nəzarət altında olan Kinq Bərbərovların mənzildə saxladıqları yeganə heyvan deyildi.[1]
Evlərində şir saxlayan Bərbərovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhurluq qazandı. Sovet alimləri isə ailənin şirlə yaşayışını elmi təcrübə kimi müşahidə edirdilər.[1]
Bərbərovların ailəvi dostu olan fotoqraf Vladimir Alekseyev də Kinqi "ev pişiyi" kimi xarakterizə edir. Bərbərovlar Kinqi daim isti şəraitdə saxlayırdılar. İlk vaxtlar onun qabaq pəncələri hərəkət edə bilmirdi. Günlərlə edilən massajlardan Kinq qabaq pənclərini hərəkət gətirə bilsə də, pəncələrdəki qüsur ona ömrü boyu qaldı. "İtalyanların Rusiyada ağlasığmaz macəraları" filmində də orda küçədə qaçan Kinqin ön pəncələrindəki qüsur müşahidə olunur. Tez-tez qonaqları yekə dili ilə yalayırdı. Amma Kinq adamı çox bezdirəndə onu qovmaq, üstünə qışqırmaq olurdu. Belə olanda o sakitcə uzaqlaşır və mənzildə öz yerinə çəkilirdi.[1]
Kinqin artistik qabiliyyətləri erkən yaşlarından, o hələ oyuncaq dostu Bonifatsi ilə müxtəlif oyunlar oynayan zaman sezilirdi.[1]
Vladimir Alekseyev deyir ki, Bərbərovların qonşuları şirlə qonşu olaqdan heç də xoşhal deyildilər. Bakının mərkəzində yaşayan ailənin 2-ci mərtəbədəki mənzillərindən ətrafa pis qoxu yayılırmış. Bundan başqa, Kinq müxtəlif saatlarda heyvanların şahı olduğunu xatırlayaraq, dəhşətli nərə çəkirmiş. Qonşuluqda yaşayan ailələr isə bundan qorxuya düşürmüşlər. Bərbərovlar Kinqi səhər tezdən küçədə gəzdirir və çox vaxt evlərinə qayıdarkən binanın dəhlizində qonşuları ilə üzləşirdilər. 200 kiloqramlıq şirlə üz-üzə gələn qonşular daim həyəcan və qorxu içində yaşayırdılar.[1]
Bərbərovların balkonundan binanın damına çıxış var idi. Oranı torla bağlayırdılar ki, Kinq küçəyə çıxa bilməsin və həmişə gözlərinin önündə olsun. Elə olurdu ki, Kinq yataq otağına daxil olub, Ninanı, yaxud Levi çarpayıdan qovurdu və beli üstə uzanaraq möhkəm yuxuya gedirdi. Səhər hamı ilə bir yuxudan durur, nahar edir və uşaqlarla oynayırdı. Uşaqlar onun bığlarını dartır, onun belinə çıxaraq at kimi sürüdülər.[1]
Kinq evdəki bütün heyvanlarla yola gedirdi. Xüsusi ilə çəkisi 4 kiloqramdan az olan "Çap" ləqəbli qara it özünü "ded", Kinqi isə "dux" hesab edirdi. Kinq nəsə dəcəllik edəndə Çap hürə-hürə onun arxasınca düşürdü. Günahkar Kinq isə stolun altına girərək quyruğunu bulayırdı. Yatanda da bir yerdə yatırdılar. Əvvəlcə Kinq, arxasınca isə Çap onun iri pəncələrinin arasında uzanırdı. Yeməyi də bir qabdan yeyirdilər. Öncə Çap yeməyin dadına baxır, sonra Kinqi çağırırdı. İt çox az yemək yeyib geri çəkilirdi, amma şirə bütöv ərzaqla dolu soyuducu da bəs etmirdi.[1]
Müəyyən mənada "ev şirinə" çevrilən Kinq ətrafdakı insanlara təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almışdı. Kinq "Şir evdən getdi", "Qız, oğlan və şir" və bu filmlər arasında ən məşhuru olan "İtalyanların Rusiyada ağlasığmaz macəraları"nda çəkilib. Lakin filmin çəkilişləri zamanı öldüyündən film onsuz tamamlanmış, son səhnədə kaskadyordan istifadə edilmişdir.[2] Lev Bərbərov isə öz memarlıq sənətini tərk etmiş və sırf Kinqin kino prodüseri kimi kinostudiyalarla danışıqlar aparmağa başlamışdı.[1]
Ailənin dediyinə görə gündə ona kilolarla ət, yumurta və balıq piyi lazım olurdu. Bərbərovlar maaşı böyük olmadığı üçün Kinqi yemləməkdə çətinlik çəkirdilər. Buna görə də filmlərdə çəkilməsinə razı olublar. "İtalyanların Rusiyada ağlasığmaz macəraları" onun ən məşhur və sonuncu filmi idi.[1]
Bərbərovlar ailəsi haqda da bir neçə sənədli film çəkildi.[1]
Yeva Bərbərova
"İtalyanların Rusiyada ağlasığmaz macəraları " filminin çəkilişləri zamanı müvəqqəti yaşayış evi olaraq Bərbərovları məktəb binasına yerləşdirirlər. Leninqrad polisi hər səhər səsgücləndiricilər vasitəsilə ətraf binaların sakinlərini xəbərdar edirdi ki, məktəbdə şir yaşadığı üçün əraziyə yaxınlaşmasınlar. Lakin bəzi insanlar bu xəbərdarlığa məhəl qoymurdular.[1]
Həmin gün Bərbərovların assistenti Saşa Kinqlə məktəbin idman zalında futbol oynayırdı. Məhz həmin zalın böyük pəncərələri küçəyə tərəf açılırdı. Saşa Kinqi bir neçə dəqiqəlik qoyub, özünə çay içməyə gedib. Elə bu vaxt Markov pəncərə önündə peyda olub. Kinq tanımadığı adamı görüb pəncərəyə yaxınlaşıb. Şahidlərin dediklərinə görə, Markov şirin qabağında arxaya-qabağa tullanmaqla onu qıcıqlandırmağa başlayıb. Bu, Kinq üçün oyun oynamağa dəvət idi, çünki bizim assistent ona "İtalyanların Rusiyada ağlasığmaz macəraları" filmindəki səhnəyə görə insanı izləyib yerə yıxmağı öyrətmişdi. Arxa pəncələri üzərində dayanan Kinq qəfil pəncərəni sındıraraq Markovun üzərinə atılır və onu yerə yıxır. Markovu məktəbin yanında gözləyən qız isə "kömək edin, şir insanı parçalayır" deyə qışqırmağa başlayıb.[1]
Günorta yeməyindən qayıdan milis leytenantı Qurov səs-küy gələn tərəfə qaçıb. Məktəb divarının yaxınlığında vəziyyəti aydınlaşdırmamış Kinqə atəş açıb. Şir həmən anda oğlandan aralanaraq sınmış pəncərəyə doğru geri çəkilib. Leytenant Qurov daraqdakı bütün güllələrini Kinqin üzərinə boşaldıb. Tələbə Valentin Markov isə yalnız yüngül sıyrıqlar almışdı.[1]
Kinqin ölümü Bərbərovların iti Çapa da təsir etmişdi.[3] Ailənin dediyinə görə Kinqin olmadığını görən Çapı yoxlayan həkim onun infarkt vəziyyətinə düşdüyünü deyərək çox yaşamayacağını söylədi. Növbəti gün Çap da öldü.[1]
Şirin ölümü bütün ailəyə ağır psixoloji zərbə vurmuşdu. Gecələr ailənin uşaqları Yeva və Roma yuxuda "Kika, Kika! Getmə, evə gəl!" deyə yuxuda çığırırdılar. Uşaqlarını xilas etmək üçün Bərbərovlar ailəyə ikinci şir balasını gətirmişdirlər. İlk şirin xatirəsinə ona Kinq II adı verilmişdi.[1]