Eldar Aleksandroviç Ryazanov (rus. Эльдар Александрович Рязанов; 18 noyabr 1927[1][2][…], Samara[1] – 30 noyabr 2015[3], Moskva) — Rusiya və Sovet kinorejissoru, ssenarist, aktyor, prodüser və şairi. SSRİ xalq artisti (1984).
Eldar Ryazanov | |
---|---|
rus. Эльдар Александрович Рязанов | |
Doğum adı | Eldar Aleksandroviç Ryazanov |
Doğum tarixi | |
Doğum yeri | Samara, RSFSR, SSRİ |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Həyat yoldaşı |
Zoya Fomina Nina Skuybina Emma Abaydullina |
Uşağı | Olqa Ryazanova |
Atası | Aleksandr Ryazanov |
Anası | Sofiya Şusterman-Ryazanova |
Fəaliyyəti |
rejissor ssenarist aktyor prodüser şair |
Fəaliyyət illəri | 1950-ci ildən |
Təhsili | |
İstiqamət | sosialist realizmi |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0752922 |
eldar-ryazanov.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olmuşdur. Tezliklə bu ailə Moskvaya gəlir. 1930-cu illərdə ailə dağılır və gələcək kinorejissor anası ilə qalmalı olur.
Eldar Ryazanov hələ uşaqlığından kitab oxumağı çox sevirdi. Yazıçı olmaq niyyətində idi, səyahətlər haqqında düşünürdü. Hətta məktəbi qurtarandan sonra Odessa dəniz məktəbinə ərizə göndərmişdi. Lakin elə bu vaxtlar müharibə başladı və Eldar artıq cavab gözləmədi.
Çox keçmədən Eldar Ryazanov təsadüfən bir dostunun məsləhətilə ÜDKİ-nin I kurs tələbəsi oldu.[4] O, Qriqori Kozinsevin emalatxanasında təcrübə keçirdi. Oradakı pedaqoqlar arasında həm də Ryazanova böyük ümidlər bəsləyən Sergey Eyzenşteyn var idi.
1950-ci ildə oranı bitirən Eldar kurs yoldaşı ilə birgə ilk sənədli filmini çəkir. Uğur qazanan bu filmdən sonra gənc rejissorlar diploma yiyələnirlər. Eldar Ryazanov düz 5 il sənədli kinoda çalışmışdır. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər çəkir.
1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru olur. O, Sergey Qurovla birlikdə ilk sovet genişekranlı film-revyusunu çəkir. "Bahar səsləri" adlanan filmə eyni zamanda bədii epizodlar da daxil edilmişdi. Bir il sonra komedioqraf, "Mosfilm" kinostudiyasının rəhbəri İvan Pıryev Eldar Ryazanovu kinokomediya çəkməyə məcbur edir. Eldar Ryazanov ona 4 dəfə öz etirazını bildirsə də, Pıryev sözündən dönmür. Beləliklə, Ryazanov komediya rejissoruna çevrilir. E. Ryazanov "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verir. 1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkir. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi rus aktyorları çəkilmişdi.
Eldar Ryazanovun ən uğurlu filmlərindən biri də "Avtomobildən qorun" hesab oluna bilər. Filmin yaxşı alınmasında İnnokenti Smoktunovski, Oleq Yefremov, Yevgeni Yevstiqneyev, Anatoli Papanov, Andrey Mironov, Qalina Volçek və başqa aktyorların da rolu az deyildi.
Sonrakı illərdə Ryazanov bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alır.
Eldar Aleksandroviç Ryazanov öz kinematoqrafını yaratmışdı. Onun əksər filmləri bu gün də sevə-sevə xatırlanır. Lakin bundan başqa Ryazanov həm də 1979-1985-ci illərdə "Kinopanoram" verilişinin aparıcısı olmuşdur. Bundan başqa, onunla birgə televiziyada 200 müəllif proqramı hazırlanmışdır.
2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilir. 23 yanvar 2005-ci ildə Eldar Ryazanovun kinoklubu açılmışdır. 2010-cu ildə Kino İttifaqının (rus. КиноСоюз) təsisçilərindən biri olmuşdur[5].
2015-ci ilin noyabrın 30-na keçən gecə Moskvada 88 yaşında vəfat etmişdir.[6][7][8]