Qız atası (teleserial, 2014)

Qız atası — Azərbaycan teleserialı. 2014-cü ildən etibarən ATV kanalında yayımlanır.[1]

Qız atası
Janr Komediya (sitkom)
Rejissorlar Orxan Ali (4-cü mövsümdən)
Ramin Hacıyev (1-3-cü mövsümlər)
Ssenari müəllifləri Elnur Hüseynov
Tərlan Nur-Yaşar
Samid Ağayev
Baş rollarda Teymur Məmmədov
Mətanət Əliverdiyeva
Xəyalə Quliyeva
Azər Axşam
Ülviyyə Xalinbəyova
Raksana İmir
Coşqun Viləş
Əkbər Əlizadə
Operatorlar Elvin Zeynalov
Rövşən Əkbərli
Nurani İsgəndərov
Rəssam Elxan Novruzov
İstehsalçılar KOmedia
Azad Azərbaycan Televiziyası
Kanal Azad Azərbaycan Televiziyası
İlk baxış tarixi 29 noyabr 2014
Filmin növü Bədii serial
Müddət 40–50 dəq. (təxminən)
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycan dili
İl 2014–h.h.
Bölüm sayı 320(21 yanvar 2023)
Rəng rəngli
Çəkiliş yeri Bakı

Məzmun[redaktə | mənbəni redaktə et]

Film-serial dörd qız atası Vidadi müəllimin (Teymur Məmmədov) həyat yoldaşı Nəzakət (Mətanət Əliverdiyeva), qızları və kürəkənləri tərəfindən başına gətirilən macəralardan bəhs edir.

Böyük qızı Təhminə (Xəyalə Quliyeva) Çingiz (Azər Axşam) adlı dələduz biri ilə evlidir. Çingiz (Azər Axşam) hətta qaynatası tərəfindən ona verilmiş evi belə sataraq, pulu xərcləyərək Vidadinin evinə yerləşmişdir. Digər qızı isə Mədinə (Ülviyyə Xalinbəyova) artıq 5 ildirki Səbuhi (Coşqun Viləş) ilə nişanlı qalmışdır. Hər dəfə toy ərəfəsində olarkən Səbuhinin (Coşqun Viləş) bir yaxın qohumu ölərək, toyları yasa çevrilir. Səbinə (Nərgiz Vahabqızı) adlı qızı isə evlənmək yaşına çatıb, anası Nəzakət (Mətanət Əliverdiyeva) ona evlənmək üçün müxtəlif namizədlər tapsa da o heç birini bəyənməyərək, evlənmək fikrinin olmamasını hər zaman bildirir. Nərminə (Nurlana Cəfərova) isə universitetə öz sənədlərini versə də, çox az bal toplayır. Bunu isə 1 il müxtəlif bəhanələr ilə öz atasından gizlədir.

II mövsümdə (12.09.2015) isə artıq Vidadi müəllimin qızlarının hamısı evlənmişdir. Artıq o öz qızları ilə yanaşı kürəkənlərinin də nazını çəkməyə başlayıb.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Baş rejissor : Mirkamil Sadıqzadə
Baş redaktor : Ənvər Abbasov
Redaktorlar : Elnur Hüseynov, Tərlan Nur-Yaşar, Samid Ağayev
Ssenari müəllifləri : Elnur Hüseynov, Samid Ağayev
Rejissor assistenti : Elnur Hüseynov
Qrim : Aybəniz Hüseynova
Montaj : "ARI", Nəriman Qasımov
Baş operator : Şahin Ağayev
Operatorlar : Elvin Zeynalov, Rövşən Əkbərli, Nurani İsgəndərov
Səs rejissorları : Mehdi İsgəndərov, Vüsal Həsənli, Sərxan Baxşəliyev
İşıqçılar : Ramin Şikarov, Samir Orucov,
Texnik : Sahib Ağayev
Baş rəssam : Elxan Novruzov
Baş dekorçu : Muxtar Hüseynov
Dekorçular : Anar Mustafayev, Mehdi Əliyev, Anar Ələkbərov
Sürücülər : Mehdi Şəripov, Tofiq Əliyev, Abbas Abbasov (II), Murad Abbasov, Fazil Əliyev, Qulu Mehdiyev
Baş prodüser : Elməddin Cəfərov

Rollarda[redaktə | mənbəni redaktə et]

Aktyor Rol Mövqeyi
Teymur Məmmədov (aktyor) Vidadi Nəzakətin əri, dörd qız atasıdır
Mətanət Əliverdiyeva Nəzakət Vidadinin arvadı dörd qız anasıdı
Xəyalə Quliyeva Təhminə Vidadi və Nəzakətin böyük qızıdır
Azər Axşam Çingiz Təhminənin əridir
Ülviyyə Xalinbəyova Mədinə Vidadi və Nəzakətin üçüncü qızıdır
Nərgiz Vahabqızı Səbinə Vidadi və Nəzakətin ikinci qızıdır
Coşqun Viləş Səbuhi Mədinənin əridir
Əkbər Əlizadə Alik Səbinənin əridir
Yeganə Seyidova Nərminə Vidadi və Nəzakətin dördüncü qızıdır

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ATV-nin aparıcıları eyni serialda: "Qız atası"". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-07.

Medine en balaca qızdır

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Filmi izlə
Qız Atası" Serialının rəsmi instagram səhifəsi