Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 5 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Şahin Azər oğlu Ağayev (13 dekabr 1993, Bakı – 25 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahin Ağayev | |
---|---|
Şahin Azər oğlu Ağayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 dekabr 1993(1993-12-13) |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 2020(2020-10-25) (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir.
2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olmuşdur.
Şahin Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəyə Yasamal hərbi komisarlıq tərəfindən cagrılıb.
Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qatılıb.
Şahin Ağayev oktyabrın 25-də Qubadlıda şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]