Qəşəm İsabəyli

İsabəyli Qəşəm İsa oğlu — şair, nasir, 1986-cı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1983).

Qəşəm İsabəyli
Qəşəm İsa oğlu İsabəyli
Doğum tarixi (76 yaş)
Doğum yeri Xəlsə, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsi (1967-1972)
Fəaliyyəti yazıçı
Əsərlərinin dili azərbaycanca

Qəşəm İsabəyli 1948-ci il avqustun 14-də Azərbaycanın Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Xəlsə kəndində, onbirillik məktəbi qonşu Axtaçı kəndində bitirmişdir (1966). Üç aya yaxın Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləmişdir. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirmişdir (1967-1972). Kürdəmir rayonunun AxtaçıBeyi kənd məktəblərində müəllim işləmişdir (1972-1975). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir olmuşdur (1975-1976). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışmışdır (1976-1982). "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor olmuşdur (1982-1984). "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri (1984-1992) işləmişdir. Azərbaycan Respublika Mədəniyyət Nazirliyinin "Şur" nəşriyyatında direktor vəzifəsində çalışmışdır (1992-1998). Bədii-ensiklopedik "Cik-cik" uşaq qəzetinin təsisçisi, naşiri və baş redatorudur (1993-cü ildən). Həmçinin "Şirvannəşr" nəşriyyatının təsisçisi və naşiridir (1996-cı ildən). 1967-ci ildən dövri mətbuatda şeirləri ilə müntəzəm çıxış edir. Rus, Ukrayna, Litva və Latviya ədəbiyyatından tərcümələri vardır. Şeirləri rus, ukrayna, belarus və s. dillərə tərcümə olunmuşdur. 1980-cı ildə "Sovet Azərbaycanı maarifi — 60" mahnı müsabiqəsində mükafata layiq görülmüşdür. "Əkil-bəkil" (poema) kitabı "Ən yaxşı uşaq kitabı" I respublika müsabiqəsində ikinci mükafata layiq görülmüşdür (1989). Aldığı mükafatı şəhidlərin xatirəsinə ucaldılacaq abidə fonduna köçürmüşdür. "Cin" nağıl povesti Bakıda ingilis dilində (Vaqif Qəmbərovun tərcüməsində) kütləvi tirjla nəşr olunmuşdur.

  1. Balaca-bapbalaca. Bakı: Gənclik, 1982, 72 səh.
  2. Heç nə istəmir ana. Bakı: Yazıçı, 1983, 75 səh.
  3. Şam nağılı. Bakı: Gənclik, 1984, 64 səh.
  4. Əkil-bəkil (poema). Bakı: Gənclik, 1987, 72 səh.
  5. Əkil-bəkil. Bakı: İşıq, 1990, 170 səh.
  6. Üüü... Bakı: Gənclik, 1990, 208 səh.
  7. Cin (nağıl-povest). Bakı: Şur nəşriyyatı və "Cik-cik" qəzeti nəşri, 1993, 32 səh.
  8. Nənəm təkdi. Bakı: "Cik-cik" qəzetinə əlavə. 1995, 45 səh.
  9. Ömrün Xəlsə çağları. "Cik-cik" qəzetinə əlavə, 1996, 16 səh.
  10. Şamaxı — Şam nağılı. Bakı: "Cik-cik" qəzetinə əlavə, 1996, 16 səh.
  11. Əlli yaşında. Bakı: Şirvannəşr, 1998, 100 səh.
  12. Ay külək, nə əsirsən. Bakı: Şirvannəşr, 2002, 52 səh.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(ruscadan)

  1. S.Şenkman. Biz kişilər. Bakı: İşıq, 1988, 256 səh. (şərikli).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]