Qəşəm Yaqubov

Qəşəm Yaqubov Şamil oğlu -(d. 01.07.1938-ci il Gürcüstanın Borçalı mahalının Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndi Aqrar elmləri üzrə fəlsəfə doktoru, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda, aparıcı baş elmi işçi.

Qəşəm Yaqubov
Qəşəm Yaqubov Şamil oğlu
Doğum tarixi
Doğum yeri Gürcüstanın Borçalı mahalının Kənələkçi (indiki Kvemo-Bolnisi) kəndi)
Vəfat tarixi (83 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Şamil Yaqubov
Elmi dərəcəsi Aqrar elmləri üzrə fəlsəfə doktoru
Elmi adı Baş elmi işçi
İş yeri AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Gümüş medal"

Həyatı[redaktə | mənbəni redaktə et]

Q.Ş. Yaqubov 1938-ci ilin iyul ayının 1-də Gürcüstanın Borçalı mahalının Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində əkinçi ailəsində anadan olmuşdur. Qonşu Faxralı kənd orta məktəbini qurtardıqdan sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutununAzərbaycan Dövlət Universitetinin tələbəsi olmuş, coğrafiya-biologiya ixtisası üzrə ali təhsil almışdır.1968-1971-ci illərdə Azərbaycan EA TorpaqşünaslıqAqrokimya İnstitutunun aspirantısına daxil olub.Q.Ş.Yaqubovun respublika və bir sıra beynəlxalq miqyaslı elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir. O, əmək vetiranıdır və əldə etdiyi elmi nailiyyətlərə görə keçmiş SSRİ XTNS-nin gümüş medalı ilə mükafatlandırılmışdır.

== Elmi fəaliyyəti

  • 1964-cü ilin sentyabr ayından etibarən əmək fəaliyyətinə başlamışdır.
  • 1964-1968-ci illərdə Bakı torpaq ekspedisiyasında mühəndis-torpaqşünas, dəstə rəisi vəzifələrində işləmişdir.
  • 1968-1971-ci illərdə Azərbaycan EA TorpaqşünaslıqAqrokimya İnstitutunun aspirantı olub.
  • 1975-ci ildə «Torpaqşünaslıq» ixtisası üzrə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi-alimlik dərəcəsi almışdır.
  • 1971-1979-cu illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə («Azdövyerqurlayihə») İnstitutunda dəstə rəisi və şöbədə layihə üzrə baş mühəndis.
  • 1979-1991-ci illərdə keçmiş SSRİ Dövlət Elmi-Tədqiqat Torpaq Sərvətləri İnstitutunun «Azərbaycan şöbəsi»nin müdiri.
  • 1991-1993-cü illərdə «Aqroekologiya» Elm Mərkəzinin Geokimya ekspedisiyasında, 1993-1997-ci illərdə isə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda şöbə rəisi və lobaratoriya müdiri vəzifəsində çalışmışdır.
  • 1995-1997- ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərya” universitetində ştatdan kənar müəllim vəzifəsində işləmişdir.
  • 1997-ci ildən başlayaraq Azərbaycan Dövlət Torpaq Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda direktor müavini, hal-hazırda isə baş mühəndis vəzifəsində çalışmaqla respublikamızda torpaq islahatının aparılması üçün lazım olan hüquqi normativ sənədlərin hazırlanmasında fəal iştirak etmişdir.

Q.Ş. Yaqubov 2004-cü ildə Norveç hökumətinin maliyyə dəstəyi ilə Norveç ACONA Kaspian şirkətinin rəhbərliyi ilə “Aqroeko Konsaltinq Mərkəzi” adlanan QHT-da Abşeron yarımadası Hövsan yaşayış məntəqəsi yaxınlığında “Qum adası” NQÇİ idarəsinin neft mədəni ərazisində neftlə çirklənmiş torpaqların təmizlənməsi və bərpasına aid sınaq layihəsində aparıcı tərəfdaş kimi iştirak etməklə 0,5 ha neftlə şiddətlə çirklənmiş torpaq sahəsinin rekultivasiyası işləri aparmış və səmərəli nəticə əldə etmişdir. 2006-ci ildə Azərbaycan Respublikasında torpaqıların səhralaşma və deqradasiyasına qarşı mübarizə üzrə Milli fəaliyyət planı çərçivəsində layihə işçi qrupuna (LİQ) rəhbərlik etmiş, torpaqların səhrəlaşmasına, şorlaşmasına, deqrasiyasına qarşı təkliflər kompleksini işləmişdir. Tədqiqatların nəticəsi olaraq Q.Ş. Yaqubov tərəfindən ETSN-nın bir sıra əməkdaşlarının iştirakı ilə 2008-ci ildə “Torpaqların səhrəlaşması üzrə izahlı lüğət” adı altında kitab çap olunmuşdur.[1]

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

Q.Ş.Yaqubov 138 elmi-publisist işin, o cümlədən 17 kitabça, ( təlimat, metodiki göstəriş) və 2 monoqrafiyanın tək və müştərək müəllimlərlə birlikdə müəllifidir.

1. Abşeron yarımadasının yararsız neft-mədən yerlərinin irimiqyaslı xəritələşdirilməsi və təsərrüfatının işlənməsi 2. Azərbaycan Respublikasının texnogen pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekultivasiya yolları

3. Abşeron yarımadasının neftli tullantılarla çirklənmiş torpaqların genetik morfologiyası

4. Torpaq örtüyünün sənaye tullantıları ilə çirklənmə dərəcələrinə görə öyrənilməsi və xəritələşdirilməsi üzrə metodiki tövsiyə

5. Gəncə alüminium zavodunun sənaye tullantılarının bioloji rekultivasiyası

6. Abşeronun neftlə çirklənmiş torpaqlarının aqro-kimyəvi xassələri

7. Azərbaycan Respublikasında Qanıx və Qabırrı çayları hövzəsində torpaqların deqredasiyasının azaldılma metodları

8. Deqradasiya proseslərinin torpaq-bitki örtüyündə yaratdığı deformatik dəyişikliyin səciyyəvi xüsusiyyətləri[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Yaqubov Qəşəm Şamil oğlu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. B.Budaqov. Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh 210
  2. "Yaqubov Qəşəm Şamil oğlu". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-25.