Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Qəşəng alma | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Qəşəng alma |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir.
Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır. Meyvələri avqustda yetişir, şarşəkilli, qırmızı və ya sarıdır, diametri 2,5 sm-ə qədərdir. Meyvənin üzərində kasayarpaqlarının qalığı saxlanılır.
Qışa orta dərəcədə davamlıdır, sərt şaxtaları, yazda isə hava şəraitinin kəskin dəyişməsini pis keçirir.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Meyvələrinə görə çox dekorativdir.