Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qəbiristanlıq və ya məzarlıq — ölülərin dəfn edildiyi ümumi ərazi.
Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub.[1]
İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur. Paris şəhərində yerləşən Per-Laşez qəbiristanlığında 400-dən artıq məşhur şəxs dəfn olunmuşdur. Tanınmış bəstəkar Frederik Şopen və yazıçı-dramaturq Onore de Balzak Per-Laşez qəbiristanlığında dəfn olunmuşdular.