Qədim assuriyalılar — e.ə. II–I minilliklərdə Şimali Mesopotamiyada yaşamış qədim xalq. Akkad dilində danışırdılar. Assuriya padşahlığının qurucularıdır.
Qədim assuriyalılar |
---|
"Assuriyalılar" etnonimi eyniadlı bölgə ilə bağlıdır. Bu, öz növbəsində regionun paytaxtı Aşşur şəhərinə gedib çıxır.[1]
Qədim assuriyalılar etnos kimi II minillikdə formalaşmışdılar. Güman edilir ki, bu etnogenez akkaddilli amorilər, hurrilərin və subarların qalıqlarının iştirakı ilə baş tutmuşdur.[1]
Tədqiqatçılar Şimali Mesopotamiyanın qədim əhalisini Qafqaz irqinin Assuriya tipinə aid edirlər. Bu insanların dərisi açıq, gözləri qəhvəyi, burnu bir qədər çıxıntılı, düz üzlü, qəhvəyi saçlı, nazik və ayrı qaşlıdır.[2]
Qədim assuriyalılar akkad dilinin xüsusi (assuriya) dialektlərində danışıb yazıblar. E.ə. I minillikdə aramey dili geniş yayılmışdır.[1]