Arami dilləri

Arami dilləri,[1] həmçinin aram dili[2][3] və ya aramey dili[4] (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı.

Arami dili
Orijinal adı ארמית (Arāmît)
ܐܪܡܝܐ (Ārāmāyâ)
Ölkələr Türkiyə, Suriya, İraq, İran, Livan, İsrail
Region Yaxın Şərq
Danışanların ümumi sayı 2,2 milyon
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Afro-Asiya dilləri

Sami dilləri
Qərbi sami dilləri
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 аре 052
Linguasphere 12-AAA
Glottolog aram1259
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur. EllinRoma mərhələlərinin (e.ə. III əsr–eramızın I əsri) yazılı arami dili də qədim arami dövrünə aid edilir. Bu dövrün ən mühüm abidələri Əhdi-ətiqin arami mətnləri və Kumran arami yazılarıdır. Orta arami dövrü eramızın II əsrindən I minilliyin sonlarına qədər davam etmişdir. Bu mərhələdə ədəbi arami dili formalaşmışdır. İslam dininin yayılması ilə ərəb dili tədricən arami dilini sıxışdırıb aradan çıxarmışdır. Yazılı orta arami dilində 22 işarədən istifadə edilsə də, kursivlər müxtəlif olmuşdur. Yeni arami dövrü eramızın 2-ci minilliyindən başlayır. Müasir arami dilində Suriyada (Dəməşqdən şm.-ş.-də yerləşən üç kənddə), Kiçik Asiyanın cənub-şərqində, İraqın şimalında, İranın şimal-qərbində, Ermənistanın şərqində və Azərbaycanda kiçik etnik qruplar danışırlar. Dilçilik baxımından qərb (Suriyada 3 dil) və şərq (dillərin sayı məlum deyil) qollarına ayrılır. Tipoloji baxımdan arami dili qədim mərkəzi sami dillərinə yaxındır. Qədim Arami dilində 27-yə qədər samit fonem olmuşdur və onların sayı tədricən 22-yə enmişdir. Arami dili nominativ quruluşa malikdir (sözlərin ardıcıllığı qədim arami dilində: "predikat + subyekt +obyekt"; sonrakı mərhələlərdə: "subyekt + predikat + obyekt"). Əhdi-cədidə görə arami dili İsa Məsihin ana dili olmuşdur.[1]

  1. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 589. ISBN 978-9952-441-02-4.
  2. Mustafa ağa Şuxi. Divan. genderi.org (az.). Bakı: Nurlan. 2011. səh. 3. 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
  3. Иврит дили // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 369.
  4. "Azər Allahı, Onun müqəddəs Dili, Dini və Eli". Teref.az (az.).