Qədim müsəlman qəbiristanlığı

Qədim müsəlman qəbiristanlığı - İçərişəhərin şimal-qərbində yerləşən orta əsrlərə aid qəbiristanlıq.[1] Tikinti işləri zamanı qəbiristanlığın ərazisindaən XII-XIV əsrlərə aid qəbirlər aşkar edilib.[1]

Qəbiristanlıq
Qədim müsəlman qəbiristanlığı
Ölkə Azərbaycan Azərbaycan
Yerləşdiyi yer Bakı Bakı

1883-cü ilin noyabr ayının 9-da Bakı Şəhər Dumasında pravoslav kilsəsinin tikilməsi üçün müsəlman qəbiristanlığının köçürülməsi ilə bağlı məsələ müzakirəyə çıxarıldı. Bu qərara müsəlman qlasnıları etiraz etdilər məhz buna görə də qəbiristanlıq ərazisinin hasara alınması və kilsənin tikintisi üçün daha uyğun yerin seçilməsi ilə bağlı qərar qəbul edildi.[2] Ancaq bir neçə müddət sonra qəbiristanlığın yerində kilsənin tikintisinə başladılar. 1898-ci ildə gələcək kilsənin özülü üçün qazılan yerdə bir neçə sıra daş sandıq qəbirlər və hətta böyük təndir formasında olan qəbir də aşkarlandı. Aşkarlanan daş sandıq qəbirlərin bəziləri üst-üstə bəziləri isə yan-yana idi.[3]

1888-ci ilin oktyabr ayının 8-də imperator III AleksandrII Nikolayın da iştirakı ilə tikiləcək Aleksandr Nevski kafedralının təməlqoyma mərasimində iştirak etdilər. Memar Robert Marfeld Bakıda tikilən yeni kilsəni Yeni Afonda tikdiyi kilsəyə bənzər layihələndirdi.[4]

Sonradan qəbiristanlığın yerində tikilmiş Aleksandr Nevski kafedralı da 1936-cı ildə Sovet işğalı dövründə dağıdıldı. Hazırda qəbiristanlığın yerində Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və 189 və 190 saylı Orta Ümumtəhsil məktəbləri yerləşir.

  1. 1 2 Aşurbəyli. səh. 147
  2. Kəmalə Orucova. Городское самоуправление Баку в конце XIX-начале ХХ вв. Bakı: Nurlan. 2003. səh. 36. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
  3. Sara Aşurbəyli. Очерк истории средневекового Баку, VIII -начало XIX вв. Bakı: "Science" Publishing House. 1964. səh. 27.
  4. Georgi Zapletin, Gulnara Shirinzada. Русские в истории Азербайджана. Bakı: Qanun. 2008. səh. 191. 2021-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.