Qədir Aslan

Aslanov Qədir Təyyar oğlu (14 may 1944[1], Nərimanlı, Basarkeçər rayonu) — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995).[2]

Qədir Aslan
Aslanov Qədir Təyyar oğlu
Doğum tarixi 14 may 1944(1944-05-14)[1] (80 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti

Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur.

BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb.

1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb.

Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb.

1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhsün Qədiroğlunun atasıdır.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • "Goranboy qartalları", Bakı,
  • "Göyçə şəhidləri" (Basarkeçər bölgəsi) I hissə, Bakı, "İşıq", 1997. 336 səh., şəkilli.