Nərimanlı (Basarkeçər)

Nərimanlı — (tarixi adı: Hüseynquluağalı) Göyçə mahalının Basarkeçər rayonunda kənd. Hüseynquluağalı bu kəndin əvvəlki adıdır.

Kənd
Nərimanlı
40°10′59″ şm. e. 45°49′32″ ş. u.
Ölkə
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.980 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 612 nəf. (2011)[1]
Rəsmi dili
Nərimanlı xəritədə
Nərimanlı
Nərimanlı

Nərimanlı kəndinin sakinlərinin dediyinə görə kəndin adı yarandığı ilk gündən XIV əsrin axırı (1387–1388), XV əsrin əvvələrindən (1410–1415) 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilmişdir.

Hüseynquluağalı — 1387–1388–1926-cı ilə qədər

Nərimanlı — 1926–1988-ci ilin dekabrına qədər olmuşdur.

Kəndin Çuxurlu, Çamırlı, və Ortakənd adlarının yaranma tarixləri dəqiq olmadığı üçün yazılmamışdır. Kəndin Hüseynquluağalı və Nərimanlı adlarının yaranma tarixi dəqiqdir. Hüseynquluağalı Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Quluağa (Böyük Məzrə), Vəliağa(Zod) Qaraiman (Oğruca), Hüseynquluağa (Nərinmanlı) kəndin himini salmış və onun adı ilə bağlıdır. Hüseynqulu ağa (ağa titul bildirir) şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında kəndin adı yaranmışdır.

Antropotoponimdir. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır. Bu adın həmin kəndə verilməsinin əsas təşəbbüskarı isə uzun illər Basarkeçər rayon Partiya Komitəsinin birinci katibi vəsifəsində işləmiş partiya və dövlət xadimi Talıb Musayev olmuşdur. Sonradan isə Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilib Şatvan qoyulmuşdur.

Kəndin relyefi tam düzənlikdə yerləşmişdir. Kənd rayon mərkəzindən 9 km şərq tərəfdə yerləşmişdir. Kənd şərq tərəfdən Qaraqoyunlu kəndi ilə 5 km, Ağkilsə kəndi ilə 5 km, Zod kəndi ilə 5 km, şimal tərəfdən Sarıyaqub kəndi ilə 3 km Qayabaşı kəndi ilə 3 km həmsərhəddir. Kəndin ərazisi 40 hektar sahədə yerləşir. Kəndin 3500 hektar torpaq sahəsi olub. Ondan 1750 hektarı yaylaq, 150 hektarı əkənək, 1600 hektarı isə otaraq sahələridir. Bundan başqa kəndin Çalmalı dağı deyilən yaylağı qonşu Qaraqoyunlu kəndinə müvəqqəti istifadəyə verilmişdir. Həmin ərazi 600 hektarı əhatə edir, çox geniş torpaq sahələrinə malikdir, münbit və yararlı əkin sahələri vardır. Kəndin torpaq sahələri münbit və əlverişli olduğu üçün 1 hektar sahəsindən 50–60 sentnerə yaxın taxıl məhsul götürmək olurdu. Kəndin maldarlarının yaylaqda yurd yerləri Lilpər və Tantur-toytaq adlanırdı. Kəndin ərazisində adları türk toponimlərindən ibarət çox gəzməli və mənzərəli yerlər vardır. Onlardan Ağ çay, Qara çay, Qaraqoyunlu çay, Bağda çay və kəndin yaxınlığındakı Sünnü dərənin bulağı, Yellinin bulağı, Qıvla bulaq, Sarının bulağı, Dar dərənin bulağı, Telişin bulağı, Südlü bulaqlarını göstərmək olar. Kəndin yaylaqlarında və özündə mal- qoyun yerləşməsi üçün bir neçə komlar vardır. Kəndin 1920-ci ilə qədər 7 su ilə işləyən un dəyirmanı olmuşdur. Paşaların dəyirmanı, Hacı Alının dəyirmanı, Novruzalıların dəyirmanı, Kərbəlayı Usubun dəyirmanı, Qaraların dəyirmanı, Ocaqquluların dəyirmanı, Təllərin dəyirmanı

Kənddə 1873-cü ildə 636 nəfər, 1886-cı ildə 760 nəfər, 1897-ci ildə 877 nəfər, 1908-ci ildə 778 nəfər, 1914-cü ildə 1207 nəfər, 1916-cı ildə 1079 nəfər azərbaycanlı yaşamışdır[2]. 1919-cu ilin aprelin 13–20-də kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşlar[3]. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 527 nəfər, 1926-cı ildə 605 nəfər, 1931-ci ildə 719 nəfər[2], 1959-cu ildə 2000 nəfər, 1987-ci 3000 nəfər[4] azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabr ayında kəndin sakinləri Ermənistan dövləti tərəfindən zorla doğma torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.

1988-ci ilə qədər azərbaycanlılar yaşamışdır. 1988-ci ilin soyqırımınıda kənddən həlak olanlar. Cabbarov Teymur Yusif oğlu (1959), Elləzov Həsən Nəbi oğlu (1920), Elləzov Qara Nəbi oğlu (1923), Əliyev Savalan Yunis oğlu (1925), Həsənov Isgəndər Bayraməli oğlu (1910),

İl Sayı
1873 636 [5]
1897 877 [5]
1926 609 [5]
İl Sayı
1939 873 [5]
1959 976 [5]
1970 1.577 [5]
İl Sayı
1979 1.855 [5]
1989 275 [5]
2001 577 [5]
İl Sayı
2011 612 [1]

Hüseynquluağalı kəndində Rzaqulu oğlu Molla Abbas, Məşədi Mehdi sonra isə İrandan gəlmiş Bala Seyid tərəfindən Kərbəlayı Qaranın evində dini məktəblər açılmışdır. Həmin məktəblər 1917-ci ildən sonra Qlava Balının evində Qarayev Salah tərəfindən ilk məktəb açılmışdır. Məktəbdə qonşu kəndlərin də əhalisi təhsil alardılar. Kənd sakini Heydərəli həmin Zod kəndindən olan Həmzə bəyə müraciət edərək məktəbi davam etdirmək üçün xahiş etdirmişdir. Kənd xeyriyyəçisi Hacı Alı kişi Nikolay vaxtı kənd əhalisini öz vəsaiti ilə vergilərdən azad etdirmişdir. Kəndin bütün tayfalarında Hacılar, Məşədilər və Kərbəlayılar olmuşdur. Onlardan Qazaxlı tayfasından Hacı Alını, Məşədi Mehdini, Məşədi İsmayılı, Məşədi Göyçəni, Məşədi Rəşidi, Məşədi Tanrıverdini, Kərbəlayı Əlini, Kərbəlayı Musanı, Kalvayı Usubu, Hacı Mərdanı, Məşədi Rəşidi, Məşədi Mirzəni Bənadalılar tayfasından Kərbəlayi Qaranı, Kərbəlayi Bağırı və Sünnülər tayfasından Hacı Vəlini, Hacı Qurbanı göstərmək olardı. Kəndin ən müqəddəs adamı Seyid Mahmud olub. Kəndin ən görkəmli mollaları Molla Nəcəf, Molla Məşədi Mehdi, Molla Abbas, Molla Balı, Molla İsrəfil , Molla Həsanalı, olmuşdur. Molla Balı uzun illər Göyçə mahalının qlavası olmuşdur. Son dövrlərdə kəndin Molla Nəbi, Molla Əli, Molla Qasım və şair Bəhman, Molla Əmirmurad, Molla Seyid Rəhim, Molla Hüseyn, Molla Musa adında din adamları olmuşdur.

1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilərdi.1930–1932-ci illərdən 1937-ci ilə qədər ibtidai (I–V), 1937-ci ildən 1950-ci ilə qədər yeddi illik (VII), 1950-ci ildən 1988-ci ilin dekabrına qədər də orta (X) məktəb olmuşdur.

1905–1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi erməni daşnaqlarının qarşısını dəf edərək heç bir yana çıxmamış, doğma yurdlarında qalmışlar. Kəndin təxminən 100–150 evi, 500–600 nəfərə yaxın əhalisi olmuşdur.

1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Şəkinin Qayabaşı kəndində məskunlaşmışdır. Əhali 1919-cu ilin yay aylarında vəba xəstəliklərinə düçar olduqları üçün həmin yerdə qala bilmədiklərinə görə iki ildən sonra, 1921-ci ilin yazında tamamilə öz doğma kəndlərinə qayıtmışdır. Kəndin təxminən 300 evi, 1500–2000 nəfərə yaxın əhalisi olmuşdur.

1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Daşkəsən, Gəncə, Şəmkir və başqa yerlərdə məskunlaşmışlar. Qaçqınlıq zamanı tab gətirə bilmədikləri üçün kənd əhalisini 90%-i öz doğma yurdlarına qayıtmış, 50–60 evi isə həmin ərazilərdə qalmışdır. Kəndin 350–400 evi, 2000–2500 nəfərə yaxın əhalisi olmuşdur.

1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Daşkəsən, Gəncə, Şəmkir, Xanlar(Göygöl), Bakı, Sumqayıt, Mingəçevir, Samux və başqa yerlərdə məskunlaşmışdır. Əhali bu günə qədər həmin yerlərdə yaşayır. Qaçqınlıq vaxtı Kəndin 450–500 evi, 2500–3000 nəfərə yaxın əhalisi olmuşdur.

  • Abdullayev Şövqiyar Cəmil oğlu — Azərbaycanın Milli Qəhrəmanı.
  • Quliyev Fərahim Bəylər oğlu
  • Yusifov Etiraf Hidayət oğlu
  • Nəcəfov Nəsrulla Qasım oğlu
  • Məmişov Şükür Şura oğlu
  • Əliyev Sahib Şahmalı oğlu
  • Musayev Pərviz Ağalar oğlu
  • Musayev Gürzalı Oruc oğlu
  • Musayev Namiq Gürzalı oğlu
  • Balayev Rabil Əsgər oğlu
  • Əliyev Vüsət Həsən oğlu
  • Rüstəmov Sarvan Bayram oğlu
  • Abbasov Sidqi Səməndər oğlu
  • Novruzov Yasin isfəndiyar oğlu
  • Mahmudov Xasay Baba oğlu
  • Mahmudov Eldəniz Xasay oğlu
  • Müseyibov Bağban Bilman oğlu
  • Məmmədov Teymur Məzahir oğlu
  • Nəcəfov Eşqin Əkbər oğlu (itkin düşmüş)
  • Hacıyev Hikmət Şubay oğlu — II Qarabağ müharibəsi şəhidi.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • Zərbəli Qurbanov — Sovet Ermənistanı qəzetinin redaktoru, Amasiya rayon partya komitəsinin birinci katibi
  • Nuran Abdullayev — Almaniya, GFO Troisdorf Klinikasının Baş Həkimi, Tibb elmləri doktoru, professor
  • Aşıq Bəhmən Göyçəli — (Bəhmən İbrahim oğlu Qarayev; 1901–13.11.1976)[1] — ustad aşıq, şair.
  • Xəstə Bayraməli — (Xudiyev Bayraməli Abbasəli oğlu)- şair.
  • Turan İbrahimov — Jurnalist- teleaparıcı
  • Murad Əzimzadə — Jurnalist-teleaparıcı
  • Radik İsmayılov — Azərbaycanlı jurnalist, Sosiologiya üzrə fəlsəfə doktoru
  • Rufik İsmayılov — "Kaspi" qəzetində müxbir
  • Qədir Aslan — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995)
  • Aşıq Fətulla — müəllim, ustad aşıq, Azərbaycan Aşıqlar Birliyinin üzvü,
  • Möhsün Qədiroğlu — şair, publisist, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2003).
  • Şövqiyar Abdullayev (1969–1992) — Azərbaycanın Milli Qəhrəmanı
  • Abdullayev Vüqar Cəmil oğlu — elmlər doktoru
  • Həsənov Hüseyn İsaq oğlu (1912–1985) — Basarkeçər rayonu üzrə ilk deputat və məhkəmə sədri
  • Səfiyar Musayev — tarix elmləri doktoru, professor
  • İlqar Musayev Səfyar oğlu — polkovnik
  • Naqif Həmzəyev — (24 may 1983, Göyçə) — Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il V çağırış, 2020-ci il VI çağırış Gəncə şəhərindən seçilmiş millət vəkili (deputat),YAP Gəncə şəhər təşkilatının sədri (2013–2022), YAP Təftiş komissiyasının üzvü, Tarix üzrə fəlsəfə doktoru. (Instagram, Facebook, Twitter — @hamzanagif, www.hamzayev.az)
  • Cəlilov Maqsud Fərhad oğlu — fəlsəfə elmləri doktoru, professor.
  • Qurbanov Mahmud Fərhad oğlu — iqdisad elmləri namizədi, dosent
  • Qurbanov Elşən Mahmud oğlu — elmlər doktoru professor
  • Maşallah Xudubəyli — tədqiqatçı-jurnalist, publisist, elmi işçi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
  • Koroğlu Qasımov — Azərbaycanlı sahibkar, Polis mayoru.
  • Qurban Bayramov (1935, Göyçə – 1996, Bakı) — fəlsəfə elmləri doktoru professor
  • Telman Pənah oğlu Hacıyev (1940, Göyçə) — 10 il Türkiyə Cumhuriyyətində Hərbi Akademiyada işləmişdir, Türkiyə Silahlı Güvvətləri rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmana layiq görülmüşdür.
  • Nuru Bayramov — 1963. Göyçə) Nərimanlı kəndi. Tibb elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü
  • Talıb Musayev — Basarkeçər rayon partiya komitəsinin birinci katibi
  • İmran Qurbanov — Azərbaycan həkimi, tibb xidməti kapitanı (1994)
  • Abbas Əli oğlu Bağırov — Qələbə Tibb Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru
  • Asim Bayramov (1952, Göyçə) — Nərimanlı kəndi. Pollkovnik
  • Sayəddin Əmirov Əmir oğlu — həkim, cərrah
  1. 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.26–27, 112–113
  3. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.305
  4. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s.292
  5. 1 2 3 4 5 6 7 8 9 Հայաստանի Հանրապետության բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 156. 184 s.