Qədri Can və ya Qədrican (kürd. Qedrî Can/Qedrîcan; türk. Kadri Can/Kadrican; 1911[1], Mardin – 1972[1]) — sosialist beynəlmiləlçi kürd yazıçısı və şairi.
Qədri Can | |
---|---|
Doğum tarixi | 1911[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1972[1] |
Fəaliyyəti | şair, yazıçı, tərcüməçi |
Əsərlərinin dili | kürdcə |
Qədri Can 1911-ci ildə Əbdülqədir Can adı ilə Mardin vilayətinin Derik rayonunda anadan olmuşdur. İbtidai təhsilini Derikdə tamamlayan Qədri Can daha sonra Konya Müəllim Liseyində təhsil almışdır. Şeyx Səid qiyamından sonra Antakya yolu ilə qaçıb Suriyanın Dəməşq şəhərində məskunlaşmalı olmuşdur. Şeirləri və hekayələri "Hawar" və "Ronahi" kimi kürd intellektual jurnallarında dərc edilmişdir. O, əsərlərini kurmanci dilində yazmışdır. Müasir kürd poeziyasının atası hesab olunur. O, şeirlərində beynəlmiləlçiliyə və kürd milli şüuruna vurğu qoyurdu. Müasirləri kürd şairi Ciyərxun, türk şairi Nazım Hikmət və rus şairi Vladimir Mayakovskidən təsirlənmişlər .