Qəhrəman ağa Şıxlinski

Qəhrəman ağa Şıxlinski (1887, Qazax1956, Qazax) — Lenin ordeni ilə təltif edilmiş maarifçi-pedaqoq.

Qəhrəman ağa Şıxlinski
Şıxlinski Alay bəy İsfəndiyar bəy oğlu
Doğum tarixi
Doğum yeri İkinci Şıxlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Kosalar, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Mükafatları "Lenin" ordeni

1887-ci ildə Qazax qəzasının İkinci Şıxlı kəndində dünyaya gəlmişdir. Xalq yazıçısı İsmayıl Şıxlının atası, Cahandar ağanın kürəkənidir. İkinci Şıxlı kənd rus-tatar məktəbini bitirdikdən sonra Qori Müəllimlər Seminariyasında oxumuşdur (1901-1906). Qazaxın və başqa qəzaların müxtəlif kəndlərində müəllim, məktəb müdiri olmuş, bir çox yerlərdə məktəblər açılmasında və əhalinin maariflənməsində mühüm işlər görmüşdür.

Qəhrəman müəllimin şairlik istedadı da olmuşdur. İsmayıl Şıxlı “Cəbhə gündəlikləri” əsərində atasından şeirlə yazılmış məktub aldığını qeyd edir. Əsrin əvvəllərində Bakıda çıxan qəzet və jurnallarda (“Məktəb”, “Günəş” və sair) onun uşaqlar üçün kiçik hekayələri, şeirləri, didaktik xarakterli əsərləri dərc edilmişdir.

30-cu illərin əvvəllərində əvvəlcə Qazaxın Qaymaqlı kənd məktəbində müdir, sonra isə Kosalar kənd məktəbində rus dili müəllimi işləmişdir. Ömrünün sonunadək burada işləyən Qəhrəman müəllimin əməyi yüksək qiymətləndirilmiş və Lenin ordeni ilə təltif edilmişdir. 1956-cı ildə Qazax rayonunun Kosalar kəndində dünyasını dəyişmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]