Kosalar — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kosalar | |
---|---|
41°07′59″ şm. e. 45°21′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin tarixi haqqında dəqiq məlumat verən mənbə hələ ki yoxdur. Onun tarixi diqqətlə və elmi şəkildə araşdırılmamışdır. Bir neçə fərziyyələr mövcuddur. Kəndin yaşlı və ağsaqqlarının dediyinə görə bu kənd Kosa Əli və onun kiçik qardaşı Canəli tərəfindən salınıb. Ona görə bu kənd hazırda Kosalar, yəni Kosa Alılar, qonşu kiçik kənd isə Canallı (Yəni Canəlidən törəyənlər) adlanır. Hazırda bu iki kəndin evləri tamamilə birləşmişdir.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş kosalar nəslinin adını daşıyır.[1]
Kənd Qazax rayonundan 5 kilometr şimal-şərqdə, Qazax-Tiflis yolunun şərq tərəfində yerləşir. Əvvəllər Kosalar kəndi Qazaxla bitişik olmuş, sonradan həmin ərazilər (keçmiş tütün fabrikinin yanı, dəmir yolu körpüsü sahəsi) Qazax rayonuna verilmişdir. Kosalar kəndinin coğrafi mövqeyi elədir ki, təbii fəlakətlərlə heç vaxt üzləşmir. Nə sel, nə tufan, nə güclü yağış bu kəndə zərər vurmur. Ərazisi düzənlik-təpəlikdir. İqlimi orta mötədildir. Kənd bir neçə məhəllədən ibarətdir.
Əhali nin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıqdır.
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |