Qəhvə mərasimi — Efiopiya və Eritreyada yayılmış qəhvə hazırlamaq və qəhvə içmək üçün rituallaşdırılmış bir prosesdir.[1]
Hər bir ailə gündə üç dəfəyə qədər qəhvə mərasimində iştirak edə bilər və ailəsinə, qonşularına və dostlarına qonaqpərvər olmaq imkanı təqdim edir. Bəzi regionlarda bu, ən vacib sosial mərasim hesab olunur və qəhvəyə dəvət olunmaq hörmət və dostluq əlaməti hesab olunur. Kofeni adətən ev sahibi – qadın hazırlayır, bu da böyük şərəfdir. Bu şərəf adətən ailənin matriarxına məxsusdur. Qəhvə mərasiminə hazırlıq zamanı qəhvənin dəmləndiyi yerə ot yarpaqları və çiçəklər qoyulur.[2][3][4][5][6]