Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası.
Usta Qənbər Qarabaği | |
---|---|
Doğum tarixi | 1830-cu illər |
Doğum yeri | |
Vəfat tarixi | 1905 |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, ornament ustası[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib.
Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi.
Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir.
Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir. Rəssamın əsərlərində miniatür boyakarlığından gələn ənənəvi şərti dekarativ üslubla yeni ralistik təsvir üzvü əlaqələndirilmişdir. Onun şagirdlərindən oğlu Şükür, Qurbanəli, Əliqulu, Səfər və başqa rəssamlar Azərbaycan monumental-dekarativ boyakarlığının inkişafında əhəmiyyətli rol oynamışdır.
"Qızılgül və bülbül" (XIX əsr. Akvarel. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində qorunub saxlanır)