Qərənfil (lat. Dianthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Qərənfil | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Qərənfil |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avropa, Asiya, Afrikada təxminən 300 növü var. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır.
Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı kantlı və s. olur.
Azərbaycanda 26 növü mövcuddur. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycanda matəm gülünə çevrilmişdir (xüsusilə, qırmızı qərənfil). Bakının Binə qəsəbəsində böyük qərənfil sahələri var.