Qərb Şərq Divanı

Qərb Şərq divanı (alm. West–östlicher Divan‎) alman şairi Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış bir divan, lirik şeirlər toplusudur. Fars şairi Hafiz dən ilham alaraq yazılmışdır.

Qərb Şərq Divanı
West–östlicher Divan
Müəllif Yohann Volfqanq Göte
Janr Divan
Orijinalın dili alman dili
Orijinalın nəşr ili 1814 - 1819
Tərcüməçi alman dilindən tərcümə: Ələkbər Qubatov
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun və quruluşu

[redaktə | mənbəni redaktə et]

Qərb Şərq Divanı 1814-1819cu illərdə yazılmışdır. Götenin Marianne von Willemer ilə yazışması və Hafizin şeirlərinin şərqşünas Joseph von Hammer tərəfindən tərcümə olunması əsərin yaradılmasına şərait yaratmışdı. Genişləndirilmiş versiya 1827-ci ildə çap olunub və bu Götenin son böyük yaradıcılıq dönəminin bir parçasıdır.

İlk nəşr aşağıdakı 12 kitabdan ibarət idi:

  • Moganni Nameh – Buch des Sängers
  • Hafis Nameh – Buch Hafis
  • Usch Nameh – Buch der Liebe
  • Tefkir Nameh – Buch der Betrachtungen
  • Rendsch Nameh – Buch des Unmuths
  • Hikmet – Nameh – Buch der Sprüche
  • Timur Nameh – Buch des Timur
  • Suleika Nameh – Buch Suleika
  • Saki Nameh – Das Schenkenbuch
  • Mathal Nameh – Buch der Parabeln
  • Parsi Nameh – Buch des Parsen
  • Chuld Nameh – Buch des Paradieses

Divan Şərq ilə Qərb arasında mübadilə və birgəliyin simvolu kimi qəbul edilə bilər. "Qərb-şərq" sözü yalnız AlmaniyaYaxın Şərq arasındakı mübadilə deyil, Latın və İran mədəniyyətləri, habelə xristianmüsəlman mədəniyyəti arasındakı mübadiləni bildirir. On iki kitab müxtəlif növ şeirlərdən ibarətdir: məsəlli, tarixi, Şərq və Qərbi bir araya gətirmək cəhdini əks etdirən siyasi və dini şeirlər.

Divandan parçalar

[redaktə | mənbəni redaktə et]

Das alles drängt uns ahndevoll,
Wo Lock´ an Locke kräuselt.
In brauner Fülle ringelnd schwoll
So dann im Winde säuselt.

Nun öffnet sich die Stirne klar,
Dein Herz damit zu glätten,
Vernimmst ein Lied so froh und wahr,
Den Geist darin zu betten.


Mehlə dalğalanır qəhvəyi saçlar,
Yel əsir düşüncə bazarımızda.
Məni nə eşidən, nə də duyan var
Dərdləşim təkliklə öz aramızda.

Sənin də üzün ağ, alnın açıqdı,
Bu halın ruhumu fərəhləndirər.
Könlümü haçan ki, dərd-sər sıxdı,
Nəşəli bir şeir, söz dilləndirir.

[1].

  1. "Y. V. QÖTE, H.HAYNE LİRİKASI VƏ "QƏRB – ŞƏRQ DİVANI"NDAN NÜMUNƏLƏR" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]