Qərbi Avstraliya yaylası (ing. Western Plateau) — Qərbi Avstraliyada qədim yastı relyef sahəsi. orta hündürlüyü 400–500 metrdir. Şimal kənarlarında kristallik süxurlardan ibarət Makdonnell (Zil dağı, 1.510 metr) və Masqreyv (Vudroff dağı, 1,440 metr) silsilələri ucalır. Yaylanın cənub-qərbini Darlinq silsiləsi (582 metr), şimal və cənubunu qumlu səhralar (Böyük Qumlu səhra, Böyük Viktoriya səhrası) və onların arasındakı daşlı Gibson səhrası tutur.[1]