Gibson səhrası (ing. Gibson Desert) — Avstraliyanın Qərbi Avstraliya ştatı ərazisində yerləşən səhra. Şimaldan Böyük Qumlu səhra, cənubdan isə Böyük Viktoriya səhrası ilə əhatələnmişdir. Səhranın sahəsi 155 530 km²[1] təşkil edir. Əsasən şeben adlı suxurlarla örtülmüşdür. Bölgəni ilk tətqiq etmiş səyyahlar səhranı «böyük təpəli səhra»[2] adlandırmışdır.
Gibson səhrası | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 410 m, 505 m |
Sahəsi | 101,000 km² |
Yerləşməsi | |
23°00′00″ c. e. 125°00′00″ ş. u.HGYO | |
Ölkə | Avstraliya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səhrada orta hündürlük 411 m[1], şərq hissədə isə maksimal mündürlük 762 metrdir. Bu yüksəkliklər əsasən qranit və ya qumdan ibarətdir. Səhra qərbdən Hamersli silsiləsi ilə əhatələnir.[1]. Qərb hissədə çoxlu sayda göl vardır. Bu hissədə ən böyük göl Disappointment gölüdür (330 km²). İllik yağıntının miqdarı 250 mm keçmir.
Səhranın əsas əhalisi Avstraliya aborigenləridir. Əsasən maldarlıq üçün istifadə edilir. Səhra ilk dəfə 1873 (və ya 1874[3]) ildə ingilis ekspedisiyasının rəhbəri Ernest Cayls (Ernest Giles) tərəfindən kəşf edilir. Səhra 1876-cı ilə tam keçilir. Adı ekspedisiya üzvü olan və su axtarışına çıxarkən həlak olan Alfred Gibsonun şərəfinə Ernest Cayls tərəfindən qoyulmuşdur.
1977-ci ildə səhra ərazisində qoruq (ing. Gibson Desert Nature Reserve) təşkil edilir. Qoruğun sahəsi 1 859 286 ha təşkil edir. Burada mövcud olan göllərə nadir hallarda düşən yağışdan sonra quşları müşahidə edilir.[3]