Qərbi Hun İmperiyası və ya Qərbi Hiunq-nu — M.ö. 58-ci ildə Hun İmperiyasının parçalanması nəticəsində yaranmış Türk dövləti. Qurucusu və yeganə tanhusu Çiçi xandır.
Qərbi Hun İmperiyası M.ö. 58-M.ö. 36 | |||
---|---|---|---|
| |||
Rəsmi dili | Türk dili | ||
Paytaxt | Talas çayı yaxınlığında şәhәr | ||
Tanhu, Xaqan, Xan | Çiçi xan (M.ö. 58-M.ö. 36) | ||
Dövlət dini | Tenqriçilik |
M.ö. 58-ci ildə Tutsitan Tanhunun ölümündən sonra hakimiyyətə gələn I Huxanye Çin imperatoruna elçi göndərərək ona bağlılığını bildirdi. Bəlkə də, Huxanyenin bunu etməsinin səbəbi anası idi, çünki onun anası çinli idi. Buna əks olaraq onun türk qadınından olan qardaşı Çiçi Huxanyeyə üsyan edir. Nəticədə Hun İmperiyası parçalanır və Çiçi Tanhu dövlətin qərbini tamamən müstəqil idarə etməyə başlayır. O, Talas çayının ətrafında şəhər salır və buranı paytaxt elan edir. Amma Çiçinin imperiyası uzunömürlü olmur. Bunun səbəbi, Çiçinin bu iki böyük iki səhvi idi:
M.ö. 36-cı ildə Talas çayı yaxınlığında baş verən savaşda Çiçi xanda daxil 1518 nəfər həlak olur və türk milləti tamamilə Çinə tabe edilir.