Talas çayı

Talas çayı (qaz. Талас, qırğ. Талас) — QırğızıstanQazaxıstan ərazisindən axan çay. Çayın uzunluğu 661 km, hövzəsinin sahəsi 52,700 km²-dir.

Talas çayı
qaz. Талас, qırğ. Талас
Ölkələr
Mənsəbi Muyunqum
Uzunluğu 661 km
Su sərfi 170 ± 0,001 m³/s
Hövzəsinin sahəsi 52700 km²
Talas çayı (Qazaxıstan)
mənbəyi
mənsəbi
Talas çayı Qazaxıstannın fiziki xəritəsində:

42°30′00″ şm. e. 73°10′00″ ş. u.HGYO

44°06′31″ şm. e. 69°47′19″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çayın qidalanmasının əsasını buzlaq və qar suları təşkil edir. Qırğızıstanın Talas silsiləsinin buzlaqlarından başlayan Karakol və Üç-Koşoy çaylarının axması nəticəsində formalaşır. Axarı boyunca Talas çayı çoxlu sayda qol qəbul edir: Urmaral, Qara-Buura, Kumuştak, Kalba, Beş-Taş. Aşağı axınlarda çay Muyunqum qumlarında itir.

Çayın sol sahilində Qırğızıstanın Talas vilayətinin inzibati mərkəzi Talas, aşağıda isə Qazaxıstanın Cambul vilayətinin inzibati mərkəzi Taraz yerləşir.

Çayda Talas, Temirbek, Jiembet və Uyuk su elektrik stansiyaları vardır. Çay üzərində həmçinin Kirov su anbarı da mövcuddur. Yüksək su aprel ayının sonundan sentyabrın əvvəlinə qədər mövcud olur. su sərfiyyatı yuxarı axarlarda (mənsəbdən 555 km) 15,7 m³ / s, Taraz şəhərindən (mənsəbdən 444 km) yuxarıda 27,4 m³/s təşkil edir. Ası ən böyük qollarından biridir.

B.e.ə 36-cı ildə Talas vadisində, Çjiçjiçen qalasının divarları altında, Böyük Hun İmperiyası ilə Han sülaləsi arasında döyüş baş vermişdir. Hunlar başda Çjiçşi-şanya məğlub olur və çinlilər Çjiçjiçen qalasını tutur.

751-ci ildə bugünkü Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında 5 gün davam edən Talas döyüşü baş verir. Çin ordusunun məğlubiyyəti ilə nəticələnən döyüş həm Çin, həm də Türk, həm də İslam tarixi baxımından mühüm hadisədir.[1] Ərəblər sonrakı əsrlərdə İslamın orada yayılmasına təkan vermiş olsalar da, genişlənmələri Türklərin torpaqlarına dayandırdılar. bununla da qarluqlar Qarluq xanlığını əsasını qoyurlar və uyğurlar Şərqi Türküstanda müstəqilliyini bərpa etdilər. Bu döyüş ilə mətbəə ilk dəfə Çinin xaricinə çıxmışdır. Bununla yanaşı barıt, kağız və kompası da ərəblər ilk dəfə bu döyüş zamanı öyrənmişdirlər. Bu kəşflər isə sonradan zamanla Avropaya keçmişdir. Həmçinin Mərkəzi Asiya türklərinin İslam dini ilə ilk yaxın tanışlığının bu döyüşdə olduğu ehtimal edilir.[2] Əlavə olaraq da qeyd etmək lazımdır ki, Talas döyüşü Çinin Mərkəzi Asiyaya ekspansiyasın dayandırmışdır.[3]

1269-cu ildə Monqol şahzadələrinin Qurultayı (torpaqlarının sərhədlərinin müəyyən olunduğu qurultay) Talas vadisində toplandı.

  1. The Earth and Its Peoples
  2. The Religious Traditions of Asia: Religion, History, and Culture
  3. "...The closest one that comes early in this period may be the Battle of Talas, when Muslim armies of the Abbasid dynasty defeated a Tang army under the Korean com- mander, Kao Sien-Chih, in 751; it is often said that these captives introduced Chinese techniques of paper manufacture into the Islamic world, but what is clearer is that the battle halted Chinese expansionism into Central Asia." The Oxford History of Historical Writing. Vol. 2. 400-1400, səhifə 3.