Qəribə Süleyman qızı İbrahimxəlilova(3 mart 1929, Şəki rayonu)―Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Qəribə İbrahimxəlilova (İsmailova) | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki rayonu |
Vətəndaşlığı | SSRİ → Azərbaycan → Rusiya |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | tütünçü |
Mükafatları |
Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni, "Oraq və Çəkic" medalı |
Qəribə İbrahimxəlilova 3 mart 1929-cu ildə, Azərbaycan Respublikasının, Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur.
Əmək fəaliyyətinə Böyük Vətən Müharibəsi illərində (1947-1953), Azərbaycan SSR-in, Nuxa (Şəki) rayonunda yerləşən, Lenin adına kalxozda başlamışdır. O, daha sonra həmin kalxozda tütünçülük sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1949-cu ildə onun rəhbərlik etdiyi sektor 3 hektarlıq sahədən hər hektardan 25,9 sentner olmaqla Trapezond növlü tütün məhsulunun yığımını həyata keçirmişdir.[1] SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1950-ci il Fərmanına əsasən, 1949-cu ildə bütün növ kənd təsərrüfatı məhsulları üzrə icbari tədarükləri yerinə yetirdiyinə və yüksək tütün məhsulu əldə etdiyinə görə İbrahimxəlilova Qəribə Süleyman qızı "Lenin ordeni" və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının ictimai rifahının yüksəldilməsində fəal iştirak etmiş, 1959-cu ildən, 1963-cü ilədək Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırışının deputatı olmuşdur.[2]
Ailəlidir, 2000-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. O əvvəlcə Timiryazevski rayonunda yaşayıb, hal-hazırda isə Moskvanın Oçakovo-Matveevo rayonunda yaşayır. [3]