Orta Zəyzid

Orta ZəyzidAzərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd.[1] Qafqaz Albaniyasının ən qədim kəndlərindən biridir .

Orta Zəyzid
41°10′05″ şm. e. 47°14′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 4.644 nəfər
Xəritəni göstər/gizlə
Orta Zəyzid xəritədə
Orta Zəyzid
Orta Zəyzid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid Zəyzid məbədi yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində Alban qəbiristanlığı yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir. Kənd əhalisi qədimdən igidliyinə və vətənpərvərliyinə görə başqalarına örnək olmuşdur. 1934-cü ildə başlanmış qaçaq hərəkatında Zəyzid qaçaqları xüsusilə fərqlənirdilər. Həmin ildə Şəkidə hakimiyyəti ələ alan Zəyzid qaçaqları rus qarnizonunu şəhərdən qovmağa müvəffəq oldular. Lakin hərəkatın kortəbii təşkili, lazımi şəraitdə həlledici zərbənin gecikməsi, sayların qeyri-bərabərliyi qaçaqların idarəni qısa müddətdə əldən verməsinə səbəb oldu. Zəyzid qaçaqlarının başçısı Qaçaq Abbas bütün silahdaşları ilə birlikdə güllələndi.

Böyük Vətən müharibəsi illərində müharibədə kənddən yüzlərlə əli silah tutan kişi iştirak etmiş və əksəriyyəti həlak olmuşdur. Kənd Qarabağ müharibəsində 7 şəhid vermişdir.

Kənddə yerləşən iki məktəb - 1 saylı və 2 saylı - rayon ərazisində təhsilin keyfiyyəti baxımından əhəmiyyətli yer tutur. 1 saylı tam orta məktəb Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Asim Kamil oğlunun adını daşıyır. Kənd savadlı kadrların yetişdirilməsində Şəki rayonunun ən öndə gedən kəndlərindən biridir. Hər il Azərbaycan təhsilinə onlarla tələbə bəxş edir. 2015-ci ildə 2 nəfər 600, 1 nəfər 650 baldan, 2016-ci ildə 2 nəfər 600, 4 nəfər 650 baldan, 2017-ci ildə 1 nəfər 650 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olmuşdur. Orta Zəyzid kəndində 1 məscid, 1 klub, 1 tibb məntəqəsi, telefon qovşağı (94), kənd bələdiyyəsi, Şəki şəhər icra hakimiyyəti nümayəndəliyi fəaliyyət göstərir. Hal-hazırda yeni şadlıq evinin inşasına başlanıb. Kənddə 20 Yanvar və 1941-1945 Böyük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.

Məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhali, əsasən, əkinçilikmaldarlıqla məşğul olur. Bundan başqa, insanların həyatında ticarətbağçılıq da əsas yer tutur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Orta Zəyzid kəndi Böyük Qafqaz dağlarının ətəyində yerləşir və Zəyzid zonasının ikinci böyük kəndidir. Baş Zəyzid, Qırxbulaq, Vərəzət kəndləri ilə həmsərhəddir. Kəndin qurtaracağı Şəki-Oğuz yolundadır. Dağlıq ərazidə olması havasının təmizliyinə, iqliminə müsbət təsir göstərir. Qış fəsli sərt soyuqlar, yay isə kəskin istilərlə müşayiət olunur. Qırxbulaq və Köbər Zəyzid kəndləri Orta Zəyzid kəndinin tabeçiliyindədir.

"Zəyzid" toponiminin mənasını müxtəlif fərziyyələrlə izah edirlər. Xalq etimologiyasına görə "Zəyzid" sözü qafqaz albaniyası və avar dilindən "zakazit" "maarul" (dağ qartalları ,dağ milləti) adı ilə bağlıdır. Və bu ad kəndin yuxarısında yerləşən və eramızdan əvvələ məxsus olan Zəy qalasının adı ilə bağlıdır. Yeraltı tunellərə malik olan bu qalanın əsası, rəvayətə görə, Makedoniyalı İskəndər (Aleksandr) tərəfindən qoyulmuşdur. Hal-hazırda ən düzgün etimoloji dəlil kimi iskit-sak və zit tayfalarını göstərirlər. Deyilənə görə, "Zəyzid" ilkin variantda "Sak-a-zit" (saklar və zitlər - onların yaşadığı ərazi mənasına gəlir) formasında olmuşdur. Sonralar bu ad "Sakizit", "Sakizid" və ən nəhayət, "Zəyzid" şəklini almışdır.

Kəndin əhalisi 4644 nəfər təşkil edir.Əhalinin böyük hissəsini Azərbaycanlıların etnogenezində mühüm rol oynamış qafqaz dilli Albanlar təşkil edir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.