| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Qərib Mehdiyev (Qərib Qasım oğlu Mehdiyev; 21 iyun 1936, Mirzəbəyli, Qutqaşen rayonu) — nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1976). [1][2]
Qərib Mehdiyev 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçmüşlər. Qərib Mehdiyev burada 1955-ci ildə 3 saylı fəhlə-gənclər axşam məktəbini bitirmişdir.
Qərib Mehdiyev 1955-1957-ci illərdə Gəncə şəhər rabitə idarəsində poçtalyon, 1957-1959-cu illərdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. O, həmçinin 1959-1965-ci illərdə Gəncə şəhər dəmir-beton məmulatı zavodunda bənna suvaqçı, betonçu, armaturçu və qaynaqçı peşələrində də çalışmışdır.
Sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası fakültəsində qiyabi oxumaqla bərabər, 1965-1971-ci illərdə 16 saylı şəhər məktəbində sinif müəllimi, günü uzadılmış qrupun rəhbəri olmuşdur. O, Gəncə rayon deputatları sovetinə seçilmişdir. Qərib Mehdiyev 1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtrajlı "Yüksəliş" qəzetinin redaktoru vəzifəsində işləyir.
Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlamışdır. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa vermişdir. O, 1983-cü ildən "Nasirin şeir boxçası" silsiləsindən şeirlər dərc etdirir. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunmuşdur. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edir.
- "İşıq", B., Gənclik, 1967, 37 səh.
- "Yaralı mərmər", B., 1969, 71 səh.
- "Ucalan dağlar", B., Gənclik 1971, 90 səh.
- "Rast", B., Gənclik, 1973, 79 səh.
- "Təmiz hava", B., Yazıçı, 1980, 147 səh.
- "Səndən sonra (povest və hekayələr)", B., Yazıçı, 1985, 272 səh.
- "Çinar günü (povest və hekayələr)", B., Gənclik, 1986, 192 səh.
- "Müsabiqə (roman və povestlər)", B., Yazıçı, 1988, 288 səh.
- "Qəhqəhə (lətifə-roman)", G., "Gəncə" nəşriyyatı, 1993, 184 səh.
- "Xatırlanmaq xoşbəxtliyi (xatirə)", G., "Gəncə" nəşriyyatı, 2000, 108 səh.
- "Hamını oxumağa çağıran adam (ədəbi-fəlsəfi oçerk)", G., "Gəncə" nəşriyyatı, 2000, 64 əsh.
- "Müsahibələr və mübahisələr (Müsahibələr, məktublar)", G., "Gəncə" nəşriyyatı, 2001, 364 səh.
- "Əlim çatan, ünüm yetən sənətçilər (sənədli hekayələr)", G., "Gəncə" nəşriyyatı, 2002, 248 səh.
- "Bulanma, könül çayım (şeirlər)", G., "Gəncə" nəşriyyatı, 2002, 176 səh.
- "Göyçəgülü (dastança)", G., "Gəncə" nəşriyyatı, 2002, 56 səh.
- "Səbuhinin hekayələri (hekayələr və şeirlər)", G., "Gəncə" nəşriyyatı, 2003, 58 səh.
- "Bu qızı eşit, İlahi (yazıçı publisistikası)", G., "Gəncə" nəşriyyatı, 2003, 192 səh.
- "Gördüyünü çağıran aşığın nağılı (sənədli povest, müəllifə həsr olunmuş yazılar)", G., Gəncə, 2004, 400 səh.
- "Gül əvəzinə söz (sənədli hekayələr)", B., Qeyrət, 2006, 300 səh.
- "Sözün vaxtı-vaxtın sözü (ədəbi tənqidi məqalələr)", G., Gəncə, 2007, 124 səh.
- "Mənsiz gün olmaz günün (şeirlər)", G., Gəncə, 2007, 120 səh.
- "Küləklər ağzında şam işığı (sənədli povest)", B. "Vektorlar" nəşrlər evi, 2007, 171 səh.
- "Nizami Aydın şəhidliyi (publisistikası)", B., Vektor, 2007, 115 səh.
- "Tanıdığım adamlar (sənədli povest)", G., Gəncə, 2007, 100 səh.
- "Skripka üçün mi simi (povest)", G., Əsgəroğlu, 2007, 92 səh.
- "Bircəm mənim - Gəncəm mənim (nəsr, şeir, publisistika)", B., Vektor, 2008, 226 səh.
- "Deyin, görək (müsahibələr və məqalələr)", B., Çinar çap, 2008, 208 səh.
- "Kim yatmış, kim oyaq? (böyüklər üçün nağıllar)", Vektor, 2009, 291 səh.
- Əməkdar jurnalist (2009).[3]
- Həsən bəy Zərdabi adına mükafatı (1991).
- "Məmməd Araz" ali ədəbi mükafatı laureatı.
- "Cəsarətli jurnalist" mükafatına layiq görülmüşdür (1999).