Qəzvində Tu-154 qəzası (2009)

Qəzvində Tu-154 qəzası — 2009-cu il iyulun 15-də Tehrandan İrəvana müntəzəm reyslə uçan "Caspian Airlines" aviaşirkətinə məxsus "Tu-154M" sərnişin təyyarəsi Qəzvin şəhəri yaxınlığında, qalxdığı hava limanından 200 km məsafədə yerləşən Cənnətabad kəndi yaxınlığında qəzaya uğradı. Təyyarədə olan 168 nəfərin hamısı — 15 ekipaj üzvü və 153 sərnişin, o cümlədən iki uşaq həlak oldu. Ölənlərin arasında beş Ermənistan vətəndaşı da var idi. 2016-cı il mayın 10-da Tehran prokurorluğunun nümayəndəsi Qazi Şəhriari bildirdi ki, fəlakət təzyiq kompressorunun klapanındakı problemlər səbəbindən baş verib. Prokurorluq təyyarəni istehsal edən Rusiya şirkətini və uçuşa xidmət edən personalı günahlandırdı.[1]

Qəzvində Tu-154 qəzası
Ümumi məlumatlar
Tarix 15 iyul 2009
Ölkə
Ölü sayı
  • 168
  • 153
  • 15
Tupolev Tu-154
Qalxma yeri İmam Xomeyni adına Beynəlxalq Hava Limanı
İstiqamət Zvartnots beynəlxalq hava limanı
  1. Ədalət Verdiyev. ""Yaralı" qanadlar: İranda son illərin aviasiya qəzaları" (az.). az.azvision.az. 2024-05-20. 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-21.