İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid
Qaçaq Həsi | |
---|---|
Həsənxan Məmməd oğlu İbalı | |
Doğum tarixi | |
Doğum yeri | Yağləvənd, Füzuli |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır.
1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir:
Düz Məmməd cavab verir:
Pristav hirslənir:
Pristav lap da qəzəblənir:
Strajniklər kişini palçığa yıxıb döyürlər. Söz gedib Həsiyə çatır. Həsi bir çılpaq at minib olay yerinə çapır. Baxır ki, atası yaman haldadır. Qəzəblənib xəncərini çəkib, atasını döyən strajnikin qarnına sancıb burur...
Həsi o gündən qaçaq olur. Öncə Kərimbəyli Rzaqulu bəyin dəstəsində hərlənir. Sonra özünə dəstə düzəldir.
Bir gün oba içində Qaçaq Həsiylə Şirin oğlu Abbasın mübahisəsi düşür. Bu deyir mən qoçağam, o deyir mən. Bəhsə girib Arazı adlayırlar. Bir alaçığın yanından keçəndə eşidirlər ki, ana övladını sakitləşdirir: -Yat, a bala, yat, yoxsa Qarabağlı Həsi gəlib səni aparar! Şirin oğlu Abbas dillənir ki, xaloğlu, sən qoçaqsan, gəl qayıdaq…
Bir gün Qaçaq Həsi başının atlıları ilə Qaradağ vilayətində yürüşdə imiş. Gəzib-dolanıb acırlar. Həsi atlılarından bir nəfəri kəndin kənarındakı evə göndərir ki, çörək alıb gətirsin. Xeyli də pul verib möhkəm-möhkəm tapşırır ki, ev yiyəsini incitməsin. Atlı gedir. Evə çatıb çıxır bacaya. Baxır ki, ev yiyələri təzə evlənəndilər. Qol-boyun olub yatırlar. Enir aşağıya. Çörək, yağ-yavanlıq götürüb çıxmaq istəyəndə görür ki, gəlinin yanında bir "pullu bədənçə" var. Tamahını saxlamayıb bədənçəyə əl uzadır. Yır-yığış eləyib yoldaşlarının yanına qayıdır. Gətirdiklərini yoldaşlarına dağıdır. Həsi baxır ki, çörək dalınca göndərdiyi qaçağın üstündə bir bədənçə var. Hardan aldığını soruşanda qaçaq əhvalatı danışır. Həsi qaçağa tərs bir şillə vurub geri göndərir. Qaçaq bədənçəni götürdüyü evə dönür. Nə təhər tamah güc gəlirsə bədənçəni yerinə qoymur. Üstündə gizlədib dəstəyə qayıdır. Qaçaq Həsi inandığı yoldaşına, köməkçisi Qacar Vəliyə tapşırır ki, cavan qaçağın üst-başını yoxlasın. Vəli qaçağı yoxlayıb bədənçəni tapır. Qaçaq Həsi bir söz demədən həmin qaçağı güləylə vurub: -Sillə kar eləmiyənə, güllə kar edər,-deyir…
Qaçaq Həsi 1906-cı ildə erməni quldurlarına qarşı döyüşdə öldürülüb.
Qaçaq Həsi Allahverdi qızı Şanı, Nəcəfqulu qızı Gilə ilə ailə qurmuşdu. Sevindik adlı oğlu, Bayaz, Tamaşa və Zəhra adlı qızları vardı.