Qabaqtəpə arısı[1] - Bozdağ-Qafqaz arılarına daxil olan populyasiya yerli şəraitin təsiri nəticəsində meydana gəlmişdir. Bu arı ölkəmizin Daşkəsən rayonu Qabaqtəpə kəndi yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır.
Qabaqtəpə arısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qabaqtəpə arısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükçüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır. Bu populyasiya dünyada uzun xortumlu olması ilə fərqlənir. Onların xortumlarının uzunluğu 6,9 mm təşkil edir. Bu isə arıya üstünlük verir. Arının şirə vəziləri çiçək dərinliydən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır. Bozdağ-Qafqaz arılarında xortun uzun olması (7,2) ilə seçilir və bu yarımnövün bütün yaxşı xüsusiyyətlərini özündə cəmləyir. Digər qafqaz arıları kimi sancmağa meyilli deyildir. Bu isə arıçılara üz toru taxmadan belə işləmələrimə imkan verir. Beçə verməyə az meyilli deyillər. Yaz ayları sürətlə inkişaf edirlər. Ana arılar gün ərzində 2000 yumurta qoya bilir. Sürətlə çoxalma qabiliyyəti, qışı yaxşı keçirməsi onları qonşu ölkələrdə də məşhur edir.
Onlar əsasən Gəncəbasar bölgəsində daha geniş yayılmışdır. Daşkəsən, Gədəbəy rayonu, Şahdağ və Murovdağ sisiləsi boyunca, Şəmkirçayın axarları boyunca daha çox yayılmışdır.