Qabaqtəpə (Daşkəsən)

QabaqtəpəAzərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]

Qabaqtəpə
40°28′36″ şm. e. 45°54′41″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 289 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Qabaqtəpə xəritədə
Qabaqtəpə
Qabaqtəpə

Kəndin adı yaxınlıqdakı Qabaqtəpə dağının adından alınmışdır.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə XIII-XIV əsrlərə aid qədim Alban kiləsi abidəsi var.Bu abidə kənddə yaşayışın çox qədimdən olduğunu sübut edir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qabaqtəpəçayın hər iki sahilində, dağətəyi ərazidə yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 304 166 138
2009[5] ↘289 ↘158 ↘131

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Qabaqtəpə kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.[6]

Kənddə Qabaqtəpə kənd kitabxana filialı, Qabaqtəpə kənd Mədəniyyət Evi,[7] Qabaqtəpə kənd xəstəxanası[8] fəaliyyət göstərir.

Kənddə Daşkəsən rayon Qabaqtəpə kənd A.Rüstəmov adına tam orta məktəb və Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[9] 2004-2009-cu illərdə A.Rüstəmov adına tam orta məktəbin yanında 100 şagird yerlik 6 sinif otağı tikilib istifadəyə verilmişdir.[10]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Qabaqtəpə kənd sahə xəstəxanası yerləşir.[11]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Qabaqtəpə (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 5. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
  6. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  7. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  8. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  9. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  10. "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  11. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]