Qabaxlı qoç heykəlləri

Qabaxlı qoç heykəlləri (Qabaxlı kənd qəbirüstü qoç daşları) — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonunun Qabaxlı kəndinin aşağısındakı köhnə qəbiristanlıqda mövcud olmuş qəbirüstü qoç daşlarıdır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Abidənin XIV yüzilin əvvəllərinə aid olduğu ehtimal edilir.Qabaxlı kənd sakini Kamil Dərələyəzlinin şəklini çəkib gətirdiyi belə qoç abidələrindən birinin üstündəki ərəbdilli yazını professor Məşədixanım Nemətova oxumuşdur: “Yoluxucu xəstəliyə tutuldu, Allaha sənalar olsun. Haqverdi bəy... vəfat etdi ..9-cu ildə“.

Qədimdə Türk-Oğuz boylarının yurdu olmuş Qabaxlı kəndinə Qərbi Azərabycan türklərinin 1988-ci il deportasiyasından sonra ermənilər köçürülmüşlər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 166. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]