Yeğeqnadzor

Yeğeqnadzor[1][2]Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, 1995-cil ildən Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd"[3], 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə)[4] isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə")[4] adlanır.[5][6] 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir.[7] Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir.[8]

Şəhər
Yeğeqnadzor
39°46′ şm. e. 45°21′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub V əsr
Sahəsi
  • 27 km²
Mərkəzin hündürlüyü 1.194 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.633 nəf. (2006)
Rəsmi dili
Digər
yeghegnadzor.am
Yeğeqnadzor xəritədə
Yeğeqnadzor
Yeğeqnadzor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qafqaz regionunun baş xəritəsi, Keşişkənd 1858-ci il

Dərələyəz mahalında heç kim bu qəsəbə adına Keşişkənd demirdi, hamı buna "Keşkənd" və ya "Keşkəndi" deyirdi.[9] Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən keçiş (sözün birinci hecasındakı "ç" səsi, "ş" səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan dilində ç→ş səs əvəzlənməsi qanunauyğun haldır) sözü ilə[10], türk dilində "şəhər", "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün[11][12] birləşməsindən əmələ gəlmişdir.[4] Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.[4]

"Keşişkənd" adı 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində toponim kimi qeyd edilmişdir. Erməni müəlliflərin iddiasına əsasən yaşayış məntəqəsinin adı ilk dəfə V əsrdə xatırlanır.[13] İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında (İndi Ararat rayonunda) kənd adı[14][15]. 1727-ci ilə aid mənbədə Keşiş kimidir[16] Onda orada cəmi 2 erməni ailəsi yaşayırdı. 1931–1935-ci illərdə Keşişkənd inzibati rayonunun mərkəzi olmuşdur. 1935-ci ildə kənd Mikoyan, 1957-ci ildə ermənicə Yexeqnadzor adlandırılmışdır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јеғегнадзор // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.

Keşişkənd İrəvan şəhərindən 120 km cənub-şərqdə, Başkənd çayının yaxınlığında[4], Şordərə dərəsinin 2.5 km-liyində[4], dəniz səviyyəsindən 1240 m (digər məlumata görə 1250 m)[8] hündürlükdə yerləşir.[17] Ətrafında ən yaxın yaşayış məntəqələri Ortakənd, Başkənd, Qoytul, Ayarlı və Malişka kəndləridir.

Ermənistan Respublikası Milli Statistika Xidmətinin 1 iyul 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən bələdiyyənin əhalisi 7.8 min nəfərdir.[18] Osmanlı İmperiyası tərəfindən 1727-ci ildə tərtib edilmiş "Naxçıvan sancağının müfəssəl dəftəri"nə görə (əlyazmada səh. 282) İrəvan əyalətinin tərkibinə daxil olan Naxçıvan sancağının Dərələyəz nahiyəsinə tabe olan "Keşiş kəndi"ndə 2 qeyri-müsəlman kişi vergi (illik toplam 3880 ağça) ödəyən var idi.[19] Erməni əsilli əhalisi 1829–1830-cu illərdə Rusiya imperiyası tərəfindən bura Xoy və Salmasdan köçürülmüşdürlər.[8][17] İvan İvanoviç Şopenin rəhbərliyi ilə 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Dərələyəz mahalında (Şopenin siyahısında 78 kəndi əhatə edir) yerləşən "Keşişkəndi" adlanan yaşayış məntəqəsində 57 ailədə 170 nəfəri kişilər, 162 nəfəri isə qadınlar olmaqla 332 nəfər erməni yaşayırdı.[20] Onlardan 331 nəfəri (169 nəfəri kişilər, 162 nəfəri qadınlar olmaqla 56 ailə) İrandan (rəsmi adı: Məmalik-i Məhrusə-yi İran), 1 nəfəri (1 nəfər kişi olmaqla 1 ailə) isə Osmanlıdan (rəsmi adı: Devlet-i Aliyye-i Osmaniye) köçürülmüşdü.[20] 1869-cu il əhalinin kameral sayımına görə İrəvan quberniyasının, Naxçıvan qəzasına daxil olan Keşişkənddə 73 tüstüdən ibarət ermənilər məskunlaşmışdı.[21] 1873-cü ilin kameral siyahıyaalınmasına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Başkəndçay dərəsi yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus Keşişkənd kəndində 94 evdə 450 nəfəri kişilər, 349 nəfəri qadınlar olmaqla toplam 799 nəfər qriqoryan ermənilər yaşayırdılar.[22] 14 may–17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, II şöbənin (Dərləyəz şöbəsi), Keşişkənd kənd cəmiyyəti tərkibinə daxil olan və onun iznibati-mərkəzi olan Keşişkənd kəndində 121 evdə (təsərrüfatda)[23] ermənilərdən ibarət 1.034 nəfər (556 nəfəri kişilər, 478 nəfəri qadınlar) əhali yaşayırdı.[24] Burada ermənilərlə yanaşı 1897-ci ildə 3 nəfər, 1922-ci ildə 11 nəfər, 1926-cı ildə 21[25] nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.[26] 1940-cı illərdə rayon mərkəzindən azərbaycanlılar qovulmuşdur.[4] İndi burada yalnız ermənilər yaşayır.[4]

"Keşişkənd yaşayış məntəqəsi"ndə əhali sayının dəyişilməsi:[17]

İl 1831 1873 1886 1897 1926 1931 1939 1959 1980 2001 2004 2009
Əhali 332[17] 799[22] 1 034[24] 1 307[17] 1 583[17] 1 890[27] 2 567[17] 3 567[17] 7 053[17] 8 178[17] 8 200[17] 9 394[8]
Keşişkəndin mənzərəsi, 2011-ci il
  • Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. "Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года", Издание первое. Армгосиздать, Ереван, 1948, 90 стр.
  • Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjaсы, 1981, cəhифə 101.
  • Историческая география Западного Азербайджана (Дополненное, переработанное издание на русском языке). Составитель: Асадов Сабир Джалал оглы. Научный редактор: Будагов Будаг Абдулали оглы. С азербайджанского языка перевели: А. С. Шакирзаде, Э. Абаскулиев, К. Дж. Асадов. Баку: издательство "Азербайджан", 315 стр.
  • Vayoc dzor mərzi mərzbanlığının rəsmi veb-saytı Arxivləşdirilib 2015-05-26 at the Wayback Machine  (erm.)
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  1. Јеғегнадзор // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 101.
  2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback MachineSiyasi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine xəritələri
  3. Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 76
  4. 1 2 3 4 5 6 7 8 "Qərbi Azərbaycanın türk mənşəli toponimləri". İbrahim Məhəmməd oğlu Bayramov (müəllif). Bakı, "Elm" nəşriyyatı, 2002, səh. 187
  5. Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. "Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года", Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 76
  6. Rediscovering Armenia: An Archaeological/Touristic Gazetteer and Map Set for the Historical Monuments of Armenia. By Brady Kiesling, July 1999, page 68
  7. Национальное Собрания Республики Армения: Закон Республики Армения "Об административно-территориальном делении Республики Армения". Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062–1.-ЗР-18 Arxivləşdirilib 2015-07-15 at the Wayback Machine
  8. 1 2 3 4 Vayoc dzor mərzi mərzbanlığının rəsmi veb-saytında "Yeğeqnadzor bələdiyyəsi" haqqında qısa məlumatlar Arxivləşdirilib 2014-08-08 at the Wayback Machine  (erm.) — yoxlanılıb: 03.12.2014
  9. Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997, səh. 220
  10. Древнетюркский словарь. Редакторы: В. М. Наделяев, Д. М. Насилов, Э. Р. Тенишев и А. М. Щербак; Академия Наук СССР Институт Языкознания. Ленинград: Издательство "Наука" Ленинградское отделение, 1969, стр. 291
  11. Древнетюркский словарь. Редакторы: В. М. Наделяев, Д. М. Насилов, Э. Р. Тенишев и А. М. Щербак; Академия Наук СССР Институт Языкознания. Ленинград: Издательство "Наука" Ленинградское отделение, 1969, стр. 290
  12. Эдуа́рд Мака́рович Мурза́ев. Словарь народных географических терминов, Москва, "Мысль", 1984, стр. 270
  13. "Памятники культуры Азизбековского района". О. С. Егиазарян ; ред. Н. Асрамян, В. Арутюнян ; Управление по делам архитектуры при Совете Министров Армянской ССР . Ереван, Госиздат: Айпетрат, 1955, стр. 45
  14. Обозрение Российских владений за Кавказом. Спб., 1836. .
  15. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  16. [Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997 Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 1997] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 22 noyabr 2022.
  17. 1 2 3 4 5 6 7 8 9 10 11 Հայաստանի հանրապետության բնակավայրերի բառարան, էջ 71–72 // ՀՀ կառավարությանն առընթեր անշարժ գույքի կադաստրի պետական կոմիտե "Գեոդեզիայի և Քարտեզագրության կենտրոն" ՊՈԱԿ Հայաստանի Հանրապետության բնակավայրերի բառարան. Երևան – 2008
  18. Հայաստանի Հանրապետության Ազգային վիճակագրության ծառայություն: Հայաստանի Հանրապետության մշտական բնակչության թվաքանակը 2014 թվականի հուլիսի 1-ի դրությամբ, էջ 6 Arxivləşdirilib 2016-02-16 at the Wayback Machine — yoxlanılıb: 1.8.2014
  19. Naxçıvan sancağının müfəssəl dəftəri: 9 məhərrəm 1140 (27 avqust 1727) / II nəşr. Tərcümə edənlər: Ziya Musa oğlu Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı); araşdırma, qeyd və şərhlərin müəllifi Hüsaməddin Məmmədov (Qaramanlı); AMEA akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu. Bakı, "Elm" nəşriyyatı, 2001, səh. 188; ISBN 5-8066-1317-8
  20. 1 2 Шопен Иван Иванович. "Памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine" Санкт-Петербург, Издательство: Типография Императорской Академии Наук, 1852 г. Оглавление: Часть III, Отделение III. Народонаселение, Глава шестая. Народонаселение, 2. Число народонаселение в настоящее время, Таблица народонаселения Армянской области, стр. 615–618
  21. Напечатано по распоряжению Военно-учёного комитета. Типография Товарищества "Общественная польза", по Мойке, у Круглого рынка, № 5. Эриванский губернский статистический комитет, Список населенных мест Эриванской губернии по данным камеральной переписи 1869 года . Санкт-Петербург, 1872 год, стр. 16
  22. 1 2 Сборник сведений о Кавказе. Том V, изданный под редакцией главного редактора Кавказского Статистического Комитета Николайа Карловича Зейдлица. Тифлис, Типография Главного Управления Наместника Кавказского, 1879 год. Списки населенных мест Кавказского края. Часть I. Губернии: Эриванская, Кутаисская, Бакинская, Ставропольская и Терская область. Тифлис, Типография Главного Управления Наместника Кавказского, 1879 год. Эриванская губерния. Списки населенных мест по сведениям 1873-го (примечание: Терская область по сведениям 1874-го) года. Изданы Кавказским Статистическим Комитетом при Главном Управлении Наместника Кавказского. Составлен главным редактором Комитета Н.К. Зейдлицем. Тифлис, Типография Главного Управления Наместника Кавказского, 1879 год.Печатано с разрешения Его Императорское Высочество Наместника Кавказского. Таблицы (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine)…Эриванская губерния, Шаруро-Даралагезский уезд, населенный пункт под номером 760
  23. "Памятная книжка Эриванской губернии на 1906 год". Отдел третий, стр. 72
  24. 1 2 "Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г." Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893 (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine)…Эриванская губерния, Шаруро-Даралагезский уезд, населенный пункт под номером 1017
  25. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Даралагязского уезда по переписи 1926-го года Arxivləşdirilib 2012-04-02 at the Wayback Machine
  26. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932, с. 92–93, 162–163
  27. 1 oktyabr 1931-ci ilə olan inzibati bölgüyə əsasən Dərələyəz rayonunun inzibati mərkəzi olan şəhər tipli Keşişkənd qəsəbəsində 1 yanvar 1931-ci il tarixinə 1890 nəfər əhali yaşayırdı. (İstinad olaraq bax: Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. "Административно-территориальное деление союза ССР (Районы и города СССР)". Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 237)