"Qacaranın açarı" abidəsi (yerli azərbaycanlılar tərəfindən: Ayı heykəli; erm. Քաջարանի բանալի) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin Qafan və Qacaran şəhərlərini birləşdirən avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində yerləşən abidə.
Qacaranın açarı | |
---|---|
erm. Քաջարանի բանալի | |
Ölkə | Ermənistan |
Yerləşir | Qafan-Qacaran yolunun solu, Oxçuçayın sağ sahili |
Heykəltaraş | Marat Nuricanyan |
Tikilib | 1966 |
Vikianbarda əlaqəli mediafayllar |
1966-cı ildə Qafan-Qacaran avtomobil yolunun solunda, Oxçuçayın sağ sahilində qaya üzərində ucaldılan abidənin müəllifi heykəltaraş Marat Nuricanyandır. Abidə respublika əhəmiyyətli olub, Qafanın tarixi-mədəni daşınmaz abidələri siyahısındadır.
Oxçuçayın sahilində qaya üzərində yerləşmiş ağzında açar tutan ayı heykəli bərəkətli Zəngəzur torpaqlarını və onun uğrunda döyüşmüş zəngəzurluları simvolizə edir. Azərbaycanlı yerli sakinlər tərəfindən də "Ayı heykəli" adıyla tanınan abidə Qafan şəhərinin əsas simvollarından biridir.