Qadın marşları (2017)

Vaşinqton şəhərində təşkil olunmuş etiraz mitinqləri.

Qadın marşları[1] (ing. Women's Marches; Women's March on Washington[2][3]) - 2017-ci ilin 21 yanvar tarixində dünyanın müxtəlif şəhərlərində qadınlar tərəfindən başladılmış etiraz hərəkatları. Qadın etirazları özündə sosial ədalətsizlik, qadın hüquqları, irqçiliyin normallaşdırılmasına qarşı mübarizə, tibb islahlatları və LGBT hüquqları kimi müxtəlif sahələri birləşdirir. Etirazlar Donald Trampın ABŞ-nin 45-ci prezidenti kimi and içməsindən sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində başlanıb. Donald Tramp seçki kompaniyası ərzindəki çıxışların bir necəsində qadınlar və qadın hüquqları ilə bağlı sərt fikirlər bildirməsi ilə yadda qalıb.[4] 2017-ci il qadın etirazları ABŞ tarixində bir gün ərzində ən çox insan izdihamı ilə müşahidə olunmuş etiraz kimi tarixə keçib.[5]

İlk etiraz nümayişi paytaxt Vaşinqton şəhərində planlaşdırılıb və Vaşinqtonda qadın etirazları kimi təqdim edilib.[6] Vaşinqtonda baş tutan etirazlar facebook, youtubetvitter kimi saytlarda canlı yayımlanmışdır.[7] Təkcə Vaşinqton şəhərindəki mitinqdə yarım milyona yaxın adam iştirak edib. Dünya üzərində baş tutan dəstək mitinqlərindəki iştirakçı sayı isə 4.8 milyona yaxındır.[8] Vaşinqton mitinqlərinə dəstək məqsədi ilə hazırlanmış womensmarch.com saytında mitinqlərlə bağlı müxtəlif məlumatlar toplanmışdır.[9][10][11] Amerika Birləşmiş Ştatları ərazisində daha 408 etiraz mitinqinin təşkil olunması planlaşdırılır və 168 mitinq dünyanın 81 ölkəsində təşkil ediləcək.[12][13]

ABŞ-də başlayan qadın etirazları qısa zamanda dünyanın müxtəlif ölkələrinədə yayılmışdır. ABŞ-dən başqa müxtəlif şəhərlərdə 673 etiraz mitinqinin təşkil olunduğu bildirilir. Kanadada 29, Meksikada isə 20 mitinq təşkil edilib. Qadın etirazları 1955 - 1975-ci illərdə baş vermiş Vyetnam müharibəsinə qarşı etirazlardan sonra ABŞ tarixində ən kütləvi nə izdihamlı nümayiş hesab olunr. Hər iki etirazlarda təqribən eyni sayda adam iştirak edib.[14][15] Nyu-York şəhərində baş tutan etirazlarda iki milyona yaxın insan iştirak edib və saxlanılan olmayıb.[16]

  1. F.Bayramlı. "Trampa qarşı qadın marşı". Ekspress. January 24, 2017. İstifadə tarixi: January 29, 2017.[ölü keçid]
  2. Masuma Ahuja. "Yes, even people in Antarctica are joining the Women's March movement". CNN. January 21, 2017. January 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2017.
  3. Emily Tamkin; Robbie Gramer. "The Women's March Heard Round the World". foreignpolicy.com. January 21, 2017. January 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2017. The Women's March on Saturday ... grew into a day long international event both in support of women and in opposition to the president's past rhetoric and potential future policies. There were more than 600 events in 60 countries around the world, with millions taking to the streets.
  4. Malone, Scott; Gibson, Ginger. "In challenge to Trump, women protesters swarm streets across U.S." Reuters. January 22, 2017. January 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 22, 2017.
  5. Garfield, Leanna. "The 9 biggest marches and protests in US history". Business Insider. January 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 2, 2017.
  6. Tolentino, Jia. "The Somehow Controversial Women's March on Washington". The New Yorker. January 18, 2017. January 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 20, 2017.
  7. "Women's March on Washington". Women's March on Washington. January 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2017. You can view the program live on a number of Jumbotrons on Independence Ave. and through all of our social media platforms, Facebook, Twitter, and YouTube.
  8. "Sister Marches". Women's March on Washington. January 23, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 23, 2017.
  9. Weaver, Courtney; Rennison, Joe; Whipp, Lindsay; Bullock, Nicole. "Hundreds of thousands gather in US cities for Women's March". Financial Times. January 22, 2017. January 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 22, 2017.
  10. Alcindor, Anemona Hartocollis, Yamiche; Chokshi, Niraj. "'We're Not Going Away': Huge Crowds for Women's Marches Against Trump". The New York Times. January 21, 2017. ISSN 0362-4331. January 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2017.
  11. "At 2.5 million strong, Women's Marches crush expectations". USA Today. January 21, 2017. January 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2017.
  12. "Sister Marches". Women's March on Washington. 2017-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-25.
  13. Schmidt, Kierstein; Almukhtar, Sarah, "Where Women's Marches Are", The New York Times, January 20, 2017, January 21, 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: January 21, 2017
  14. Swaine, Jon. "Trump presidency begins with defense of false 'alternative facts'". The Guardian. January 22, 2017. February 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2017.
  15. "Women's March Is The Largest Protest In US History". usuncut.com (ingilis). 2017-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-25.
  16. Capps, Kriston. "Millions of Marchers, Zero Arrests". Citylab. January 22, 2017. January 23, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 23, 2017.