Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır.[2]
Qədir İnanır | |
---|---|
türk. Kadir İnanır | |
Doğum tarixi | 15 aprel 1949[1] (75 yaş) |
Uşağı | yoxdur |
Fəaliyyəti | kino aktyoru, televiziya aktyoru, ssenarist |
Fəaliyyət illəri | 1968–2019 |
IMDb | ID0408381 |
Vikianbarda əlaqəli mediafayllar |
Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu. Bir müddət fotoromanlarda oynadıqdan sonra Yeddi Addım Sonra (1968) adlı filmdəki kiçik bir rolla kinoya başladı. İlk dəfə baş rolda oynadığı 1970-ci il tarixli, Atıf Yılmazın rejissor olduğu Qara gözlüm filmində Türkan Şorayla baş rolları paylaşdı. Daha sonra Şorayla bir çox filmdə oynayaraq Türk kinosunun kişi aktyor ulduzlar arasına girdi.
Toplam 182 kino filmində və 7 televiziya serialında rol alan İnanırın ən uzun serialı Marziye adlı serial oldu. 5. Adana Qızıl Qoza Kino Festivalında Utanç (1973) adlı filmlə Ən yaxşı kişi aktyor seçilən Kadir İnanır, baş rollarını Fatma Girik, Serpil Çakmaklı, Nur Sürer, Erdal Özyağcılar ilə paylaşdığı 1985 istehsalı İlanların qisası adlı Şərif Görənin filmi ilə 23. Antaliya Film Festivalında ən yaxşı aktyor mükafatının sahibi oldu. Kadir İnanır, 1990-cı ildə Med Cezir mənzərələri adlı film ilə 3. Ankara Kino Festivalında ən yaxşı kişi aktyor mükafatın sahibi oldu. 1995–1996-cı illər arasında Kanal D'də nəşr olunan Belə Getməz adlı xəbər proqramında aparıcılıq etdi. Türk Kinosunda son dövr 2000 istehsalı Mayor Şekspir adlı filmdə iştirak edən məşhur aktyor, 24 il aradan sonra 2003-cü ildə Göndərilməyən məktublar adlı filmdə Türkan Şorayla yenidən bir filmdə oynadı. 2005-ci ildə Memduh Ün və Tunc Başaranın idarə etdiyi, Fatma Girik ilə birlikdə baş rollarını paylaşdığı filmdə oynadı.
Adana Qızıl Qoza Kino Festivalı (1973)
Qızıl Portağal Film Festivalı (1986, 2000): Ən yaxşı aktyor[3][4]
Ankara Kino və Teatr Festivalı (1990):
Ömür boyu şərəf mükafatı[5][6]
Siyad mükafatı (2009)[7]
Almaniya Kino mükafatı (2010)[8]
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |