Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair.
Qafar Rağib | |
---|---|
Doğum tarixi | 1 noyabr 1818 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 1891 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur.[1]
Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid",[2] Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir.[3][4]
Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur.[5] 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir.[6]
Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir.[7] S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.[8]