Qafqazın parlayan ulduzu - Azərbaycan

Qafqazın parlayan ulduzu — Azərbaycan — 2015-ci ildə Macarıstanda macar dilində Azərbaycanın mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı haqqında alim Borbala Obruzanski və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu kitab.[1][2][3]

Qafqazın parlayan ulduzu-Azərbaycan
mac. Azerbajdzsán - A Kaukázus legfényesebb csillaga
Müəlliflər Borbala Obruzanski
Ceyhun Ələkbərov
Orijinalın dili mac.
Ölkələr Macarıstan Macarıstan
Orijinalın nəşr ili 2015
Səhifə 231
ISBN 978-60693850-0-5

Haqqında[redaktə | mənbəni redaktə et]

"Qafqazın parlayan ulduzu-Azərbaycan" adlı kitabın müəllifləri Macarıstanın tanınmış alimi, Borbala Obruzanskinin və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovdur. Kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və digər mövzular haqqında ətraflı məlumat verilib. Kitabın elmi məsləhətçisi "Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti"nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir. Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.[1][2][3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ""Shining star of the Caucasus - Azerbaijan" book published in Hungarian language" (ing. ). azertag.az. 25 yanvar 2015. 2019-09-05 tarixində orijinalından arxivləşdirilib.
  2. 1 2 "Macar dilində "Qafqazın parlayan ulduzu-Azərbaycan" adlı kitab nəşr olunub". report.az. 24 yanvar 2015. 5 sentyabr 2019 tarixində arxivləşdirilib.
  3. 1 2 ""Qafqazın parlayan ulduzu - Azərbaycan" macar dilində". trend.az. 23 yanvar 2015. 2019-09-05 tarixində orijinalından arxivləşdirilib.